Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda ötən gün dördüncü turun görüşləri keçirilib.
Üç turdan maksimum göstəriciyə malik Azərbaycanın birinci komandası bu dəfə Türkiyə ilə bacarmayıb. İkinci komanda İrana, üçüncü kollektivimiz Honkonqa, Naxçıvan isə Şri-Lankaya uduzub. Dördüncü komanda Moldovanı, Sumqayıt Meksikanı yenib.
Yeniyetmələrin Şahmat Olimpiadası
IV tur
Azərbaycan-1 - Türkiyə - 1:3
İran - Azərbaycan-2 - 2,5:1,5
Moldova - Azərbaycan-4 - 1:3
Azərbaycan-Naxçıvan - Şri-Lanka - 1,5:2,5
Meksika - Azərbaycan-Sumqayıt - 3,5:0,5
Azərbaycan-3 - Honkonq - 1,5:2,5
Bu nəticələrdən sonra Azərbaycan-1 6 xalla beşinci, bir xal az toplayan Azərbaycan-4 12-ci pillədə qərarlaşıb. Türkiyə və Qazaxıstan maksimum göstərici ilə (8 xal) ilk iki pilləni bölüşürlər.
Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.