Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün beşinci turun görüşləri keçiriləcək.
Azərbaycan komandaları aşağıdakı kollektivlərlə qarşılaşacaq.
V tur
Azərbaycan-1 - Özbəkistan-1
Azərbaycan-2 - Azərbaycan-4
Kanada - Azərbaycan-Naxçıvan
Azərbaycan-Sumqayıt - Panama
Misir - Azərbaycan-3
Azərbaycan-1 6 xalla beşinci, bir xal az toplayan Azərbaycan-4 12-ci pillədə qərarlaşıb. Türkiyə və Qazaxıstan maksimum göstərici ilə (8 xal) ilk iki pilləni bölüşürlər.
Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.