Azərbaycanın kişilərdən ibarət "Vüqar Həşimov" və qadınlardan ibarət "Odlar Yurdu" komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Kubokunda bu gün növbəti oyunlarını keçirəcək.
Fanat.Az xəbər verir ki, "Vüqar Həşimov" V turda Çexiyanın "Moravska Slaviya", Odlar Yurdu" İsrailin "Hayfa-Neşer" klubu ilə qarşılaşacaq.
V tur
Kişilər
"Moravska Slaviya" (Çexiya) - "Vüqar Həşimov" (Azərbaycan)
Qadınlar
"Hayfa-Neşer" (İsrail) - "Odlar Yurdu" (Azərbaycan)
Qeyd edək ki, "Vüqar Həşimov" hazırda 6 xalla turnir cədvəlində 9-cu "Odlar Yurdu" 4 xalla 8-ci yerdə gedir. Kişilərin turnirində 70, qadınlarda 17 komanda çıxış edir. Hər iki mübarizə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.