Azərbaycan şahmatçısı Aydın Süleymanlı Rusiyanın Poykovski şəhərində keçirilən turnirdə çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, 17 yaşlı qrossmeyster dairəvi sistemlə keçirilən yarışın sonuncu - doqquzuncu turunda ev sahibi ölkənin təmsilçisi İlya İlyuşenoka qalib gəlib.
Beləliklə, xalını 4-ə çatdıran Süleymanlı yekun sıralamada 6-cı yeri tutub.
Qalib ondan bir xal çox toplayan Sanan Syugirov (Rusiya) olub.