Azərbaycan karateçiləri İndoneziyanın paytaxtı Cakartada keçirilən Karate1 Seriya A turnirində iki bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, Ayxan Mamayev (84 kq) və Mədinə Sadiqova (55 kq) yarışı üçüncü yerdə başa vurublar.
Digər karateçimiz Renata Ərəbli (61 kq) isə "bürünc" şansını əldən verib.
Qeyd edək ki, mövsümün son Seriya A turnirinə 65 ölkədən 661 karateçi iştirak edib.