Azərbaycan Milli Karate Federasiyasında yeni baş katib təyinatı olub.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, bu post Camal Murtuzəliyevə tapşırılıb.
Qeyd edək ki, Camal Murtuzəliyev daha əvvəl Gənclər və İdman nazirliyində karate idman növünün kuratoru vəzifəsində çalışıb.