Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster IV turda sonuncu Olimpiadanın qalibi və sürətli şahmat üzrə sabiq dünya çempionu özbəkistanlı Nodirbek Abdusattorov ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov rəqibi ilə "sülh"ə razılaşıb. Belədə Armageddon oynanılıb ki, təmsilçimiz burada rəqibinə qalib gəlib.
Məmmədyarov hazırda 4 xalla 9-cu yerdə qərarlaşıb. ABŞ təmsilçisi Fabiano Karuana 10,5 xalla liderdir. .
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər Armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.