Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı qrossmeyster VI turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Görüş heç-heçə yekunlaşdığından, tərəflər münasibətlərinə Armageddonda aydınlıq gətirib. Burada rəqib üstün olub.
Məmmədyarov hazırda 8 xalla 5-ci-pillədə yer alıb. Lider 13,5 xala malik Fabiano Karuanadır (ABŞ).
Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər Armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.