Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında medal qazana bilməyib.
Fanat.Az xəbər verir ki, kişilərin 74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/4 final mərhələsində Marko Qolubiçə uduzub.
Qafarov daha əvvəl Vasilliy Peruniçiç (Monteneqro) və Sebastian Tuneni (Norveç) mübarizədən kənarlaşdırmışdı.
Qadınların yarışında 62 kq-da yer alan Fatimə Məcidova isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.