16:14 26.06.2022 345

Elnur Hidayətzadə: “Stolüstü tennisçilərimiz yarışa ciddi hazırlaşırlar”

Yeniyetmə stolüstü tennisçilərimiz iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlığı davam etdirirlər.

Fanat.Az xəbər verir ki, hazırlıq prosesinin növbəti mərhələsi bu gün Xaçmaz Olimpiya İdman Kompleksində yekunlaşıb.

Seçmə komandanın məşqçisi Elnur Hidayətzadə təlim-məşq toplanışı, idmançıların hazırlıq səviyyəsi və qitə birinciliyindəki imkanlar barədə federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

-Yeniyetmə stolüstü tennisçilərimizi qarşıda ciddi sınaq gözləyir. Seçmə komanda Avropa çempionatına necə hazırlaşır?
-Komandamız yarışa çox ciddi şəkildə hazırlaşır. Azərbaycan Stolüstü Tennis Federasiyası il ərzində müxtəlif yaş qrupları üzrə seçmə komandaların təlim-məşq toplanışlarını təşkil edir ki, bu da, beynəlxalq yarışlara lazımı hazırlıq üçün olduqca əhəmiyyətlidir. Bildiyiniz kimi 2 il pandemiya dövründə beynəlxalq yarışlarda iştirak etməmişik. Pandemiyadan sonra ilk dəfədir ki, belə bir motəbər yarışa qatılacağıq. Seçmə komandanın heyəti 13-14 yaşlı Azərbaycan çempionlarından təşkil olunub. Avropa birinciliyində isə, əsasən 15 yaşlılar qüvvələrini sınayacaqlar. Bu baxımdan idmancilarımızın  özlərindən böyük rəqiblərlə qarşılaşacağını söyləmək olar. Bu heyət gələn il artiq öz yaş qrupunda nübarizə aparacaq. 

- Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı haqqında ətraflı məlumat verərdiniz. Hazırlıq hansı plan üzrə aparılırdı? Komandada əhval-ruhiyyə necədir?
-10 gün Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçirildi. Bu toplanışda idmançılarla əsasən texniki - taktiki hazırlıq üzərində iş apardıq. Nəticələrdən razıyam. Avropa birinciliyinə son məşqlərimizi Bakida keçirəcəyik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. İdmançılarımız səbirsizliklə yarışa qatılacaqları günü gözləyirlər. Ümid edirəm ki, onlar etimadı layiqincə doğruldacaqlar. 

Avropa birinciliyinin püşkatmasını necə dəyərləndirirsiniz? Rəqibləri yəqin ki, analiz etmisiniz...
-Rəqiblərimizi tanıyırıq. Oğlanların qrupunda ən güclü rəqiblərdən biri Avstriya komandasıdır.  Bu komanda daim Avropa birinciliklərində yüksək nəticələr göstərib. Qizların yarışında isə, İsveç komandasını xüsusi vurğulamaq olar. Bu kollektiv də müntəzəm olaraq mükafatçılar sırasında yer alıb. Digər rəqiblərimizdən Sloveniya, Monteneqro və  Yunanıstan seçmələrini də, fəqrləndirə bilərəm. 

- Komandanın yarışa hazırlığını rəqiblərin imkanlarını nəzərə alaraq Avropa birinciliyində hansı nəticələrə ümid bəsləyə bilərik?
-Qitə birinciliyi həmişə çox gərgin mübarizə şəraitində keçir. Yəqin ki, bu dəfə də istisna olmayacaq. Belqrad sınaqları pandemiyadan sonra ilk böyük yarışlardan biridir və hər bir komanda bütün bacarığını ortaya qoymağa çalışacaq. Biz də, ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da -RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X