00:01 24.07.2021 899

Tokio 2020: 10 idmançımız mübarizəyə başlayır

Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında bir sıra yarışlara start verilir.

Fanat.Az xəbər verir ki, gün ərzində Azərbaycanın 10 idmançısı 6 növ üzrə mübarizə aparacaq. 

İdman gimnastikası

Mübarizə Bakı vaxtı ilə 5:00-da başlayacaq. İlk gündə kişilərin yarışında finalçıların adına aydınlıq gələcək.

Ölkəmiz burada İvan Tixonov ilə təmsil olunur.

Cüdo

6:00-da cüdoçuların yarışına start veriləcək. Gün ərzində qadınların 48, kişilərin 60 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. 

Ölkəmiz hər iki çəkidə təmsil olunur. Qadın cüdoçumuz Aişə Qurbanlı ilk mərhələdə portuqaliyalı Katarina Koşta ilə üz-üzə gələcək. Kəramət Hüseynov isə böyük britaniyalı Eşli Makkenzi ilə münasibətlərinə aydınlıq gətirəcək. Hər iki görüş 1/16 final mərhələsinə təsadüf edəcək.

Final seansı 12:00-da başlayacaq.

Şose velosipedi

Şose velosipedi üzrə mübarizə də 6:00-da başlayır. 130 idmançının iştirakı ilə baş tutması gözlənilən yarışda ölkəmiz Elçin Əsədovla təmsil olunacaq.

Atıcılıq

8:00-da kişilər arasında 10 metr məsafəyə hava tapançasından atəş açma üzrə təsnifat yarışı start götürəcək. Azərbaycan Tokio 2020 Olimpiya komandasının üzvü Ruslan Lunyov finala vəsiqə qazanmaq üçün ən yaxşı 8 atıcı arasına düşməlidir.

Final 10:30-da başlayacaq.

Boks 

Millimizin üç üzvü Olimpiya Oyunlarında ilk döyüşünü keçirəcək.

Tayfur Əliyev (57 kq) vyetnamlı Nquyen Van Duonqla yumruqlarının gücünü yoxlayacaq. Yığmamızın kubalı legioneri Lorenso Sotomayor (69 kq) Əsgərxan Madiyevin (Gürcüstan), Məhəmməd Abdullayev (+91 kq) isə Denis Latıpovun (Bəhreyn) müqavimətini qırmağa çalışacaq.

Hər üç dəri əlcək ustamızın döyüşü 1/16 final çərçivəsində baş tutacaq.

6:00-dan etibarən başlayacaq yarışda təmsilçilərimizdən ilk olaraq Tayfur Əliyev rinqə çıxmalıdır. 24 yaşlı boksçumuzun görüşü günün 20-ci qarşılaşması olacaq. Ondan 4 döyüş sonra Sotomayor, günün son - 27-ci cütündə isə Abdullayev rəqibi ilə münasibətlərinə aydınlıq gətirəcək.

Üzgüçülük

Olimpiya su idmanı mərkəzi 14:00-dan etibarən Tokio 2020 iştirakçılarının ixtiyarına veriləcək. 

Hər iki təmsilçimiz - Maksim Şemberev (400 metr məsafəyə qarışıq üsulla üzmə) və Məryəm Şeyxəlizadəxangah (100 metr batterflay) bir gündə  mübarizəyə qoşulacaq.

Şemberev təxminən 14:07-də, Şeyxəlizadəxangah isə 14:25-də təsnifat mərhələsini keçməyə çalışacaq.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

01 Yanvar 1970
04:00

04:00

04:00

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

Facebookdan bizi izləməyi unutmayın.
X