Azərbaycan üzgüçüsü Roman Saley Tokio 2020 Yay Paralimpiya Oyunlarında növbəti çıxışını medalsız başa vurub.
Fanat.Az xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının final mərhələsində 23,85 saniyə nəticə göstərərək, 8 iştirakçı arasında dördüncü olub. 27 yaşlı idmançımız üçüncü yeri tutan Ukrayna təmsilçisindən 0,02 saniyə geri qalıb.
Qeyd edək ki, Roman Saley avqustun 27-də 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb. O, qarşıdakı günlərdə 100 metr məsafəyə sərbəst və batterflay üsulu ilə üzmədə də gücünü sınayacaq.
Sahib Əsədbəyli