12:41 15.09.2021 1295

Paralimpiya çempionu: "Tokioda görmə qabiliyyətimi itirə bilərdim" - MÜSAHİBƏ

Tokio 2020 Yay Paralimpiya Oyunlarının cüdo üzrə çempionu Sevda Vəliyeva Fanat.Az-a müsahibə verib. Millimizin 57 kiloqram çəki dərəcəsindəki üzvü karyerasından, Paralimpiadada çıxışından, Tokioda aldığı riskdən və digər məsələlərdən danışıb.

- Sizi yaxından tanıyaq. 
- 1997-ci il dekabrın 24-də Bakıda anadan olmuşam. Cüdoya həvəsim ailədən gəlir. Atam SSRİ dövründə cüdo ilə məşğul olub. Tanınmış mütəxəssis Əli Dəvrişovun ilk tələbələrindəndir. 

Məndən öncə böyük qardaşım və bacım cüdoya yazılıblar. Tez-tez onların məşqinə, yarışına baxmağa gedirdim. Bacımgilin müəllimi Rəşad Məmmədov marağımı görüb məni də onlara qoşulmağa çağırdı. Beləcə, 2008 ci ildə Suraxanıda yerləşən "Neftçi" cəmiyyətində ilk addımlarımı atmağa başladım. İlk günlərin həyəcanını indiki kimi xatırlayıram.

İllər keçdi, qardaşım, sonra da bacım idmanı buraxmaq məcburiyyətində qaldılar. Onların yarımçıq qoyduğu yolu sonuncu qoşulan mən davam etdirdim.

- Olubmu ki, siz də nə vaxtsa idmanı atmaq istəyəsiniz?
- Sirr deyil ki, idman çox əziyyətli peşədir. Hamı kimi mən də çətin yollardan keçmişəm. Ailəm və şəxsi məşqçim Rəşad müəllim həmişə dəstək olub, yorulmadan məşqləri davam etdirməyi tövsiyə ediblər. Özüm də zamanla tanınmış idmançıların timsalında axıdılan tərin və çəkilən əziyyətin yerdə qalmadığının şahidi oldum. Ancaq nə yalan deyim, bəzən ruh düşkünlüyüm olub. Zədələr, travmalar gözümü qorxudub. Hər şeyə rəğmən, tutduğum yoldan geri dönmədim. Dözdüm, səbr etdim.

- Paralimpiyaya sonradan qoşulmusunuz. Bunadək də çox güman müəyyən uğurlarınız olub.
- Yeniyetmələr arasında respublika çempionu, gümüş və bürünc mükafatçı olmuşam. Yığma komanda tərkibində bir çox yarışlarda iştirak etmişəm. Görməmdə yaranan problem səbəbi ilə davam edə bilmədim. 2017 ci ildən Paralimpiya komandasının tərkibində çıxış etməyə başladım.

- Tokio 2020-yə lisenziya qazanmağınız elə də asan olmadı. Üstəlik, sizinlə bir çəki dərəcəsində London 2012 Yay Paralimpiya Oyunlarının çempionu Afaq Sultanova da mübarizə aparırdı.
- Lisenziya xarakterli yarışlar çətin oldu. Mayda Bakıda keçirilən Qran-Priyə bir neçə gün qalmış dizimdəki bağlardan ciddi zədə aldım, sona kimi məşq edə bilmədim. Koronavirusa yoluxmağım vəziyyətimi daha da ağırlaşdırdı. Amma nə olur-olsun toparlanmalı idim. Sona az qalmışdı. Ruhdan düşə bilməzdim. Pandemiyadan sonra ilk yarış çox çətin keçsə də, birinciliyimi qoruyub saxladım. Bakı Qran Prisində qələbə Paralimpiya Oyunlarına lisenziyamın rəsmiləşməsi demək idi.

- Tokio 2020 iştirak etdiyiniz birinci Paralimpiya Oyunları idi. İlk cəhddən qarşınıza sadəcə çempionluq məqsədi qoymuşdunuz, ya digər əyarlı medalı da uğur sayardınız?
- Əminliklə deyə bilərəm ki, Paralimpiya Oyunlarının hazırlığı bütün yarışların hazırlıq səviyyəsindən fərqlənir. Paralimpiada üçün təkcə fiziki məşqlər etmək kifayət deyil, psixoloji olaraq da hazırlıqlı olmalısan. Mən də özümü hər cəhətdən yarışa hazırlamışdım. Bu qədər əziyyətin, qızmar yay günəşində keçən ağır məşqlərin bəhrəsini verəcəyinə çox inanırdım. ”Əgər xəyal edə bilirsənsə, deməli, bacararsan”. Bu, hər zaman şüarım olub. "Qızıl" söz vermişdim. Özümü "savaş"a tam hazır, psixoloji və fiziki güclü hiss edirdim.

Bir məsələni də vurğulayım. Cüdo yarışlarının başlamasına bir gün qalmış tibbi komissiya məni yarışdan kənarlaşdırmaq istəyirdi. Gözümdəki ciddi kristallaşma səbəbindən tatamiyə çıxıb güləşməyim çox riskli idi. Döyüş zamanı mümkün zərbədən görmə qabiliyyətimi itirə bilərdim. Amma illərlə çəkdiyim zəhmətin hədər getməsinə də razı ola bilməzdim. Çətin seçim qarşısında qalmışdım. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov ilə birgə məsləhətləşmə apardıq. Məsuliyyəti bütünlüklə öz üzərimə götürdüm və bu barədə sənədə imza atdım. Qızıl medal, Paralimpiya çempionu adı doğru addım atdığımı göstərdi.

- Yaşınız azdır. Azı iki Paralimpiadada da mübarizə apara bilərsiniz. Amma indi məlum olur ki, gözlərinizdə ciddi problem var. Bu halda karyeranızın gələcəyi barədə nə düşünürsünüz?
- Mənə qalsa, davam etmək niyyətindəyəm. İkiqat Paralimpiya çempionu olmaq, Tokiodakı hissləri təkrar yaşamaq istəyirəm. Lakin son qərar müalicə bitəndən sonra həkimlərin rəyinə əsasən veriləcək. Müalicə ilə bağlı bütün prosedurlara komitə rəhbəri İlqar Rəhimov şəxsən nəzarət edir. Anlayıram ki, problem tək yarış zamanı deyil, adi məşq vaxtı da yarana bilər. Hər bir halda həkimlərin məsləhətinə uyğun qərar veriləcək.

- Tokioda sizə əsas rəqib kimi yarımfinalda məğlub etdiyiniz türkiyəli idmançının adı çəkilirdi. 2019-cu ildə keçirilən Avropa çempionatının finalında ona uduzmuşdunuz. Onunla qarşılaşmanızı erkən final kimi qələmə vermək olar?
- Reytinq sisteminə əsasən, əsas rəqiblərlə hansı mərhələdə görüşəcəyimizi əvvəlcədən bilirik. Bəli, daha çox yarımfinaldakı rəqib, dünya və Avropa çempionu Zeynep Çelik güclü təsir bağışlayırdı. Amma narahat deyildim. Ümumiyyətlə, bu yarışda həyəcandan çox, məsuliyyət hiss edirdim. Məqsədim ancaq çempionluq idi. Dərk edirdim ki, qalib olmaq istəyirəmsə, kiminlə nə vaxt güləşməyimin bir fərqi olmamalıdır. Türkiyəli idmançı ilə yanaşı, finaldakı rəqibimi - özbəkistanlı Parvina Samandarovanı da qeyd etməliyəm. O da kifayət qədər titullu və təcrübəli idmançıdır.

- Himn səslənərkən göz yaşlarınızı saxlaya bilmədiniz. Həmin anda keçirdiyiniz hissləri bizimlə bölüşərsiniz.
- Çox-çox qürurlu, unudulmaz an idi. Nə qədər möhkəm duracağam desəm də, bir an özüm də gözləmədən himnin sədaları altında gözlərimdən yaş süzülməyə başladı. Çox fərəhlənirdim. Çünki himnimizi uzaq şərqdə, cüdonun vətənində səsləndirirdim. O an dünyanın ən xoşbəxt idmançısı idim.

- Yaponiyadan döndükdən sonra həyatınızda hansı dəyişiklikləri hiss edirsiniz?
- Elə bir fərq yoxdur. Həmin adamam. Bir müddət dincələndən sonra yenə məşqlərimə davam etmək istəyirəm. Sadəcə, indi özümə inamım daha da güclənib.

- Kumiriniz olub?
- Xeyr. Belə cüdo yarışlarını izləməyi, təhlil etməyi xoşlayıram. Yaponiya və Kosovo idmançıları ilə qarşılaşmaq, onlardan nəsə öyrənmək istəyərdim.

- Maraqlıdır, Paralimpiya çempionumuz idmandankənar vaxtını necə dəyərləndirir?
- Sözün açığı, boş zamanım çox qalmır. İmkan düşdükcə, çalışıram, kitab oxuyum. Kitablar ilham mənbəyimdir. Onlara "səssiz dəstəkçi" deyirəm.  Əsasən psixoloji mövzuya üstünlük verirəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

21:00

"Barselona" iki futbolçunu hədəfə alıb - ADLAR

20:20

Buffon bu matçın təkrar keçirilməsini istəyir: "Hər şey başqa cür ola bilərdi"

19:57

"Difai Ağsu" "Mingəçevir"i meydana çıxdığına peşman etdi

18:45

Osimhen bu iki klubdan birinə keçəcək - SON DURUM

18:10

AFFA-nın vitse-prezidenti AÇ-2024-ə təyinat aldı

17:50

"Arsenal" ulduzunu bu qiymətə satmağa qərar verdi

17:33

"Heç-heçə ideal nəticədir" - Rodriqo

17:14

De Boskenin yeni iş yeri bəlli oldu

16:55

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastların adları bilindi

16:26

Verner və Devis üçün mövsüm bitdi

16:07

"Onu gətirə bilsək, əla seçim olacaq" - "Bayern"in prezidenti namizəd məşqçinin adını açıqladı

15:50

"Biz uğura daha çox acıq" - Emre Can

15:29

"Kardioloq hər an daha oynamayacağımı deyə bilər" - Kapitan qızından da danışdı

15:10

AÇ-2024: Belçika millisi Kurtua ilə bağlı yekun qərarını açıqladı

14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

14:07

Jorjinyonun aqibətinin necə olacağı bilindi

13:50

"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər

13:32

"Evdəki oyundan sonra finala yüksələcəyimizə əminik" - Toni Kroos

13:14

"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

12:55

İspaniya bütün turnirlərdən kənarlaşdırılır - Bu tarixə qədər möhlət verildi 

12:37

Krivotsyuk oynadı, komandası...

12:20

"Bayern Münhen" - "Real Madrid" matçında 4 qol - VİDEO

12:03

"Real" buna görə bizi cəzalandıra bilər" - Harri Keyn

11:44

"Prezident Kuboku 2024"-ün açılış mərasimi keçirildi

11:12

"İçimdə belə bir hiss var ki..." - Karlo Ançelotti

10:54

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

10:36

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

10:18

Qriliş "Mançester Siti"dən gedəcək, İngiltərədən yox

10:00

"Bir qədər üzücüdür, amma..." - Musiala "Real"la oyundan danışdı

09:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:21

"Bayern" - "Real" matçının ən yaxşı oyunçusu müəyyənləşdi

00:57

ÇL: "Bayern" - "Real" oyununda məhsuldar heç-heçə

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

19:27

Azərbaycan millisi Rumıniyaya uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X