Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov 2 divizionda eks-çempion olan Konor Makqreqorun atmacalarına cavab verib.
Fanat.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, dağıstanlı döyüşçü belə deyib:
"Onu 2018-ci ilin oktyabr ayının 6-da əzişdirəndə yaxşı formada olmadığını bildirmişdi. Ağzını partladanda belə danışmırdı. O vaxt daha yaxşı bəhanə uydura bilmədiyi üçün pis formadan dəm vurmuşdu. Halbuki o döyüşə düz 6 ay hazırlaşmışdı. İndi nə oldu? Guya yaxşı formadadı? Başdan ayağa saxtakarlıqdı. Mən həmişə olduğum kimiyəm. Makqreqor isə saxtadı. Bir neçə gün əvvəl İrlandiyada evdə gizlənmişdi, insanları evdə oturmağa səsləyirdi. İndi isə qəfil ortaya çıxıb, əla formaya düşdüyünü deyir. Qəfəsdə cücə kimi ora-bura tullanan Konoru yenə də əzişdirməyə hazıram. Makqreqor mənim üçün sıfırdı. Həmişə belə olacaq. O, əbədi ikincidi”.
Qeyd edək ki, Makreqor Həbibi qorxaq adlandırmış, Toni Ferqyusonla döyüşə çıxmamaq üçün Rusiyada gizləndiyini söyləmişdi.
Fanat.Az