Avropa çempionatında çıxış edən qadın voleybolçulardan ibarət millimiz bu gün növbəti oyununu Türkiyəyə qarşı keçirib.
Fanat.Az xəbər verir ki, Düsseldorf şəhərində baş tutan qarşılaşmada komandamız 0:3 (13:25, 13:25, 13:25) hesabı ilə məğlub olub.
Qeyd edək ki, komandamızın sabah oyunu yoxdur. Növbəti matçımız avqustun 22-də Yunanıstan kollektivinə qarşı olacaq.
Avropa çempionatı
C qrupu
20 avqust
Türkiyə - Azərbaycan 3:0 (25:13, 25:13, 25:13)