İngiltərə yığması 2024-cü il Avropa çempionatı üçün yeni formalarını bu gün təqdim edib.
Fanat.Az xəbər verir ki, tünd-göy rəngli yeni ev köynəyi sosial mediada müzakirəyə səbəb olub.
"Sport Bible" ənənəvi qırmızı köynəyə üstünlük verdiklərini çatdıran bəzi azarkeşlərin fikrini belə ümumiləşdirib: "İngiltərənin qırmızı formasındı imtina olunmamalıdır. Bu köynəklər diqqətçəkən olsa belə. Bəli, bayrağımızın rəngi qırmızı-ağdır. Bu duet həmişə formamızın rəngi olmalıdır. Axı biz Fransa deyilik".
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.
Mirağa