Misli Premyer Liqasının 27-ci turunda "Zirə" Tofiq Bəhramov adına Respublika Stadionda "Kəpəz"i qəbul etdi. Matçın ardından "qartallar"ın kapitanı Qismət Alıyev Fanat.Az-ın suallarını cavablandırdı:
- Oyunu necə dəyərləndirirsiniz?
- Matça yaxşı hazırlaşmışdıq. Neçə oyundur ki, rəqib arda-arda yaxşı oyun göstərirdi. Bilirdik ki, çətin olacaq.
- Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilənin "Zirə"yə müsbət təsir edəcəyini düşünürsünüz, yoxsa əksinə?
- Yəqin ki, bizim üçün ümumi bir faydası olar. Fasilədə buraxdığımız səhvlər üzərində işləyə bilərik.
- Son dəqiqələrdə buraxılan qolu nə ilə əlaqələndirirsiniz?
- Bəlkə də gözləmirdik. Bilirdik ki, "Kəpəz"in hər hücumu təhlükəlidir. Həmin qolu çıxmaq şərti ilə yaxşı oyun sərgilədik.
Nahid Ustaclı