"Yuventus" un hücumçusu Federiko Kyeza cari mövsümün sonunda klubu tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu baş məşqçi Massimiliano Alleqridən narazıdır. Mütəxəssisin meydanda ondan az istifadə etməsi və tez-tez əvəzləməsi forvardın qərarına təsir edib.
Kyezanın "Yuventus"la müqaviləsi 2025-ci ilin iyununa qədərdir. Turin klubu futbolçunun müqaviləsini uzatmaq istəyir, lakin Kyeza yeni təklifi qəbul etməsə, yayda transferə çıxarılacaq.
26 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa