Misli Premyer Liqasının 28-ci turunda "Qarabağ"ı qəbul edəcək "Kəpəz" oyuna bir itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:
"Cəzalı futbolçumuz yoxdur. Georgi Papunaşvili isə zədə səbəbindən "Qarabağ"a qarşı oynaya bilməyəcək".
Qeyd edək ki, martın 29-da Tofiq Bəhramov adına Respublika stationunda keçiriləcək "Kəpəz" - "Qarabağ" qarşılaşması 19:00-da başlayacaq. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı halda, çempionluğu vaxtından əvvəl təmin edəcək.
Nihat