Misli Premyer Liqasının 28-ci turunda "Səbail"in qonağı olacaq "Turan Tovuz" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib:
"Cəzalı futbolçumuz yoxdur. Veysəl Rzayev və Fərid Yusiflinin zədə səbəbindən "Səbail"ə qarşı oynaya bilməyəcəkləri dəqiqdir. Ayxan Quseynovla Şəhriyar Əliyevin durumları isə hələ qeyri-müəyyəndir. Bu oyunçuların meydana çıxıb-çıxmayacağı oyun günü bilinəcək".
Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" qarşılaşması martın 30-da keçiriləcək. Matçın start fiti 16:30-da səslənəcək.
Nihat