“Neftçi”nin sabiq hücumçusu Aaron Olanarenin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, nigeriyalı futbolçu "Molde"yə transfer olunub.
Məlumatı Norveç təmsilçisinin mətbuat xidməti yayıb. Olanare müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulan anlaşmaya imza atıb
Qeyd edək ki, sözügedən futbolçu ötən ilin avqustundan bu ilin yanvarına qədər "Neftçi"də çıxış edib.