Polşa Ekstraklassasında 28-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun komandası - LKS bu turda "Radomiak Radom"u qəbul edib.
Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Maydana "start 11-lik"də meydana çıxan Rahil sona qədər oynayıb. O, matçın 10-cu dəqiqəsində sarı vərəqə alıb.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran LKS 17-ci pilləyə yüksələrək sonuncu yerdən qurtulub.