Milli komandalara görə yaranan fasilədən sonra bu gün Misli Premyer Liqasında VIII tur start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçirilib.
Açılış matçında "Qəbələ" Bakıda "Səbail"in qonağı olub. "ASCO Arena"dakı görüşdə ilk yarının sonlarından azlıqda qalan meydan sahibləri son dəqiqə qoluna üzülərək uduzub.
Qeyd edək ki, turun "Turan Tovuz" - "Zirə", "Qarabağ" - "Neftçi" oyunları oktyabrın 1-də, "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları isə bir gün sonra keçiriləcək.
Misli Premyer Liqası
VIII tur
30 sentyabr
"Səbail" - "Qəbələ" 1:2
Qollar: Ağabala Ramazanov, 61-pen. - İsnik Alimi, 54-pen. Ülvi İsgəndərov, 90
Qırmızı vərəqə: Qustavo de Fransa, 44 (ikinci sarı)
Səbail: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 25. Sadiq Məmmədzadə, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 39. Tural Bayramlı, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 30. Franko Mazurek, 4. Maksim Çex.
Baş məşqçi: Mahmud Qurbanov.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov
VAR hakimləri: Rəşad Əhmədov, Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
“ASCO Arena”.