Türkiyə Super Liqası çərçivəsində ötən axşam keçirilən “Trabzonspor” – “Fənərbağça” (2:3) matçı başa çatdıqdan sonra baş verən kütləvi iğtişaşla bağlı 12 nəfər saxlanılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, hüquq-mühafizə orqanları davada iştirak edən həmin şəxslər barəsində məhkəmə və inzibati işlər başlanıb. İstintaq davam edir.
Qeyd edək ki, matçın final fitindən sonra qonaq futbolçular meydanın mərkəzində qələbəni bayram edərkən onların davranışını bəyənməyən yerli azarkeşlər meydana axışıblar. Nəticədə əsl xaos başlayıb və bu zaman "Fənərbağça"lı futbolçularla azarkeşlər arasında dava yaşanıb.
Mirağa