"Barselona"nın hücumçusu Joau Feliks komandasının "Atletiko Madrid" üzərində 3:0 hesablı qələbəsini şərh edib.
Fanat.Az xəbər verir ki, "Vanda Metropolitano"dakı matçda hesabı açan portuqaliyalı forvard keçmiş klubunun məğlubiyyətinin başlanğıcını qoyub.
Feliks “Barselona”nın rəsmi saytına açıqlamasında oyunla bağlı bunları deyib: “Onlar bu mövsüm evdə uduzmamışdılar. Bizim onlara 3:0 hesablı qalib gəlməyimiz çox şey deməkdir”.
Joau cari İspaniya çempionatında 6 qol vurub. Portuqaliyalı bu qollardan ikisini “Atletiko” ilə görüşlərdə vurub. Feliks icarə əsasında "Barselona"da oynayır. Madrid komandası onun transfer hüququna malikdir.
Mirağa