"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Kubokunun 1/4 finalında "Mançester Yunayted"dən aldıqları məğlubiyyətin (3:4) onun cari mövsümün sonunda postundan getmək qərarının nəticəsi olmadığını deyib.
Fanat.Az xəbər verir ki, alman mütəxəssisin dediklərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:
"Artıq qərar verilib. Mənim qərarımın hazırda baş verənlə heç bir əlaqəsi yoxdur. Hər şeyi aydın şəkildə izah edə bilmirəmsə, çox təəssüf. Ola bilsin ki, almanca deməliyəm və siz bunu tərcümə etməlisiniz! Amma daha yaxşı alınacağına əmin deyiləm".
Nihat