İspaniya La Liqasının 29-cu turunda "Atletiko Madrid"i səfərdə 3:0 hesabı ilə darmadağın edən "Barselona"nın qollarından birinə imza atan Joau Feliks azarkeşlərin qəzəbinə tuş gəlib.
Fanat.Az xəbər verir ki, yerli fanatlar müqavilə ilə "Atletiko"ya məxsus olan, icarə əsasında Kataloniya təmsilçisinin formasını geyinən Feliksin "Metropolitano" stadionunun yanındakı lövhəsinə tüpürüblər.
Bundan başqa, portuqaliyalı oyunçunun Madrid təmsilçisində çıxış edərkən geyindiyi futbolkanı da lövhənin üstündə yandırıblar.
Qeyd edək ki, cari mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 34 matça çıxan Feliks 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat