"Atletiko Madrid" Portuqaliyanın "Sportinq" klubunun hücumçusu Viktor Dyokereşlə yaxından maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "Diario AS" məlumat yayıb.
Mənbənin məlumatına görə, İspaniya nəhəngi 25 yaşlı isveçli üçün qarşı tərəflə danışıqlara başlayıb. "Atletiko" rəhbərliyi hələlik lissabonluların istəyini - 90 milyon avroluq tələbini ödəməyə hazır deyil. Klubun yay transfer büdcəsinin nə qədər olacağı hələ məlum deyil. Bununla belə, danışıqlar davam etdirilir.
Viktor Dyokereş bu mövsüm "Sportinq"in heyətində 39 matçda 36 qol vurub və 14 məhsuldar ötürmə edib. London "Arsenal"ı da forvardın xidmətində maraqlıdır.
Mirağa