Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandanın ulduzları Lionel Messi və Anxel di Marianın qarşıdan gələn Amerika Kuboku 2024-də mümkün iştirakından danışıb.
Fanat.Az xəbər verir ki, insayder Qaston Edul sosial şəbəkə hesabı vasitəsilə təcrübəli mütəxəssisin mövqeyini çatdırıb:
"Amerika Kuboku üçün heyət hələ bəlli deyil. Yalnız Messi və Di Mariyanın iştirak ərizəsində olacağına zəmanət verilir. Yəni yalnız bu iki futbolçunun millidə yeri qarantiyalanıb. Digərlərinin çıxışını izləyirik".
Xatırladaq ki, Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək keçiriləcək. Argentina yığması turnirin son qalibidir.
“Albiselest” ötən axşam Kosta Rika ilə yoldaşlıq oyunu keçirib. Skaloninin komandası 3:1 hesabı ilə qələbə qazanıb.
Mirağa