"Barselona"na gənc futbolçu transfer etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Mənbə Kataloniya təmsilçisinin "Aston Villa"nın 18 yaşlı yarımmüdafiəçisi Karni Çukvuemekaya elçi düşdüyünü açıqlayıb. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı bildirilib.
Qeyd edək ki, Avstriyada doğulan Çukvuemeka İngiltərənin 19 yaşadək futbolçulardan ibarət millisinin də üzvüdür. Onun "Aston Villa" ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.
Nihat