Dünyanın ən zəngin sponsorlarına sahib olan “Nyukasl" klubu bu yay komandanı əsaslı şəkildə yenidən quracaq.
Fanat.Az "The Times"ə istinadən xəbər verir ki, İngiltərə klubunun transfer edəcəyi ilk futbolçu Lukas Paketa olacaq.
Braziliyalı yarımmüdafiəçinin "Lion"la müddəti 2025-ci ilə qədər olan müqaviləsi var. "Nyukasl" onun transferi üçün 60 milyon avro hazırlayıb. 24 yaşlı futbolçu 2020-ci ildən "Lion"dadır.
"Nyukasl" ötən transfer pəncərəsində Premyer Liqada qalmaq uğrunda mübarizə üçün 100 milyon avrodan çox pul xərcləyib.
Mirağa