Matias Poqba qardaşı, "Yuventus"un ulduzu Pol Poqba ilə bağlı maraqlı iddia səsləndirib.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, o, Polun AVRO-2016 finalında Fransa millisinə və Avropa Liqasının finalında "Mançester Yunayted"ə kömək etmək üçün cadugara təxminən 100 min avro ödədiyini açıqlayıb.
Bir müddət əvvəl Matias qardaşının qara qüvvələrin köməyi ilə Çempionlar Liqası matçında Mbappeni zərərsizləşdirməyə çalışdığını da etiraf etmişdi.
Emin