"Real Madrid"in mövsümün əvvəlində heyətinə qatdığı Türk ulduz Arda Gülər haqqında yeni iddia var. 19 yaşlı on nömrəyə başqa bir dünya nəhənginin təklif göndərəcəyi deyilir.
Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin "Fənərbağça"dan fantastik məbləğ qarşılığında transfer etdiyi Arda Gülər daha bir dünya nəhənginin hədəfindədir.
Karlo Ançelottinin "Real Madrid"də az şans verdiyi Arda Gülər üçün Almanlar hərəkətə keçib. İddiaya görə Bundesliqa təmsilçisi "Bavariya" gənc ulduz axtarışındadır və onların namizədlərindən biri də Arda Gülərdir.
Xəbərdə "Bavariya"nın idarəçiləri "Real"ın prezidenti Florentino Pereslə yaxşı münasibətdə olduğu və yaxın zamanlarda Arda Gülər üçün Madrid təmsilçisinə sürpriz təklif edə biləcəyi vurğulanıb.
Arda Gülər bu mövsüm "Real Madrid"in heyətində 7 matçda oynamaq şansı qazanıb və 1 qol vurub.
19 yaşlı on nömrənin "Real Madrid"lə müqaviləsi 2029-cu il iyunun 30-da başa çatacaq. Türk ulduzun hazırkı bazar dəyəri 15 milyon avrodur.