2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Araz Saatlı" heyətini legioner futbolçu ilə gücləndirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Birinci Liqa təmsilçisi iranlı hücumçu Elşən Sabbaghi ilə 1 illik müqavilə imzalayıb. 21 yaşlı futbolçu yeni komandasında 30 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Elşən Sabbaghi Azərbaycanın "Neftçi" (U-19) klubunda çıxış edib, ona qədər isə "Keşlə" (U-19) komandasında oynayıb.