UEFA prezidenti Mişel Platini artıq Əfqanıstandadı. Fanat.az xəbər verir ki, dünən Bakıda olan qurum rəhbəri Əfqanıstanın paytaxtı Kabilə səfər edib.
Mətbuat konfransı keçirən Platini burada əfqan futbolçu və baş məşqçilərinə dəstək verəcəklərini dilə gətirib. Bundan başqa UEFA prezidentinin Əfqanıstan prezidenti Həmid Karzai ilə görüşəcəyi də gözlənilir.
Qeyd edək ki, Platini dünən Bakıda idi. Mərdəkanda təlim-məşq bazasının açılış mərasimində və "Bakcell Arena"da keçirilən "Neftçi" - "Sumqayıt" qaşılaşmasını izləmişdi.