Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə 2,5 illik müqavilə bağlamasına baxmayaraq, UEFA Çempionlar Liqasında oynaya bilər.
Fanat.Az xəbər verir ki, İspaniyanın “Fichajes” qəzetinin yazdığı, AS və "Marca"nın da yer verdiyi xəbərdə ulduz futbolçunun müqaviləsində bununla bağlı gizli bənd olduğu bildirilir.
Cristiano Ronaldo has a clause that could let him go out on loan from Al Nassr... to Newcastle United!//t.co/kleKQ3njJ7
— MARCA in English (@MARCAinENGLISH) January 2, 2023
İddiaya görə portuqaliyalı hücumçu gələn mövsüm İngiltərə Premyer Liqasında və Çempionlar Liqasında oynayacaq. Bir şərtlə ki, "Əl-Nəsr" çempionatda mükafat qazansın və Səudiyyə klubunun sahiblərinə məxsus "Nyukasl" ÇL-ə vəsiqə qazansın. Belədə Ronaldu "Nyukasl"a icarəyə verilə bilər.
Mirağa