Dünən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Kopenhagen"ə uduzan "Mançester Yuneyted" antirekorda imza atıb.
Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi tarixində ilk dəfə ÇL-də iki və ya daha çox qolla önə keçdiyi matçı məğlub başa vurub.
Xatırladaq ki, MY Danimarkadakı görüşün ilk yarısının ortalarına qədər 2 top öndə olsa da, yekunda 3:4 hesabı ilə yenilib.