"Neftçi” heyətinə iki futbolçu cəlb edib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçu Lukas Qomez və kolumbiyalı yarımmüdafiəçi Mayk Kampazla müqavilə bağlanılıb.
Hər iki futbolçu ilə 2018-ci ilin sonunadək müqavilə bağlanıb. Yeni legionerdən Qomez 9, Kampaz isə 12 nömrə ilə çıxış edəcək.
Qeyd edək ki, Lukas Qomesin son iş yeri Venesuellanın "Deportivo Lara" klubu olub. 30 yaşlı hücumçu bu komandanın heyətində 24 oyun keçirb və 13 qol vurub. O, əvvəllər Argentinanın "Independiente" (Rivadavia), "Almaqro", "Alumni", "Deportivo Armenio", Kosta Rikanın "Brujas", "Universidad de Kosta Rika", "Alajuelense", "Kartagines" və Hondurasın "Motaqua" klublarında çıxış edib.
Mayk Kampazın son iş yeri isə Kosta Rikanın "Universidad de Kosta Rika" klubu olub. O, bu komandanın heyətində 26 oyun keçirib. 30 yaşlı yarımmüdafiəçi əvvəllər Kolumbiyanın "Kentauros", "Santa Fe", "Expreso", "Deportes Tolima", "Deportivo Pasto", "Once Kaldas" və "Boyaka Çiko" klublarında forma geyinib.
Fanat.Az