İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində "Şeffild Yunayted" səfərdə "Mançester Yunayted"ə uduzub (2:4).
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu matçdan sonra Premyer Liqada antirekord qeydə alınıb.
"Şeffild Yunayted" bu mövsüm artıq 92 qol buraxıb ki, bu, Premyer Liqa tarixi ərzində ən pis nəticədir.
Bu vaxta qədər antirekord 2007/08 mövsümündə 89 qol buraxan "Derbi Kaunti"yə məxsus idi.