"Queens Park Reyncers"in baş məşqçisi Harri Redknapp maraqlı etiraf edib. Fanat.az xəbər verir ki, İngiltərə klubunun çalışdırıcısı quş bəsləmə "xəstəliyinə" tutulduğunu bildirib.
Redknapp deyib ki, quşları yedizdirmədən işə getmir: "Quş sağlamağın alüdəçisi olmuşam. Qışda gecə saat 5-də məni çöldə quşları bəsləyərkən görə bilərsiniz. Onların ac olduğunu bilmək məni çılğına döndərir".
Baş məşqçi baxçasında sağladığı quşlara ildə 2 min funt-sterlinq xərclədiyini bildirib. O, həmçinin hazırda 30 quş saxladığını qeyd edib.
Fanat.az