14:27 16.05.2022 1130

\"Tovuzda futbolun inkişafı üçün bir neçə təklif var\" - Millət vəkili

"Turan Tovuz" klubu gələn mövsümdən Azərbaycan Premyer Liqasında çıxışına icazə verilib. Milli Məclisinin deputatı Arzu Nağıyev Tovuz futbolu üçün əhəmiyyətli olan bu qərarı şərh edib. 

Millət vəkilinin Fanat.Az-a müsahibəsini təqdim edirik: 

- 9 illik fasilədən sonra "Turan Tovuz" yenidən Premyer Liqaya qayıtmaq şansı əldə edib. Duyğularınızı öyrənmək istərdim... 
- Tovuzda həmişə böyük futbol olub. Premyer Liqaya qayıtmaq isə bütün tovuzlular üçün böyük şərəfdir. Bu, eyni zamanda uşaq futbolunun inkişafına böyük xeyir verə bilər.

Özüm cənab prezidentin göstərişi ilə kəndlərdə aparılan futbolunun inkişafı ilə bağlı proqramların iştiraksıçıyam. AFFA nümayəndələri ilə birgə kənd-kənd gəzib uşaqlara toplar, futbolkalar paylamışıq. Bu gün uşaqlar da "Turan Tovuz" Premyer Liqaya qayıtdıqdan sonra futbolun daha da inkişaf edəcəyinə görə sevinclidir. Birinci Divizionda oynayanda stadiona bu qədər azarkeş yığılırdısa, bundan sonra daha çox tamaşaçı gələcək. Bu, özü böyük işdir. Tovuz klubunun fanatları da yenidən komandanın yanında olacaq. Bu istiqamətdə də çox ciddi addımlar atılacaq.

- Necə düşünürsünüz, "Keşlə"nin Şamaxıya köçməsi, Premyer Liqaya Tovuz və Gəncə, Birinci Diviziona isə İmişli, Mingəçevir və Naxçıvan klublarının gəlişinin ölkə futboluna hansı yöndə faydası olacaq? 
- Futbol yalnız Bakıda inkişaf etməməlidir. Tək Tovuzun futbol tarixinə nəzər salsaq, XX əsrin əvvəllərində "Rothe Fahne", müstəqillik dövründə "Məhsul", "Turan Tovuz" kimi klublar bu rayonunun futbol ənənəsinin nümunəsidir. Tovuzda çox futbolçular yetişib. Bütün regionlarda belə olub. Sadəcə, həmin futbolçular maliyyə məsələsinə görə Bakı klublarına keçiblər. Futbol rayonlarda, kəndlərdə inkişaf etməsə, bu vəziyyət ümumi Azərbaycan futbolunda inkişafı dayandıra bilər. Gəncənin, Tovuzun komandalarının Premyer Liqaya qayıtması çox mühüm məsələdir. İnkişaf, perspektiv üçün ən ciddi addımlardan biridir.

- Millət vəkili olaraq təmsil etdiyiniz rayonda futbolun inkişafı üçün hansısa planınız, təklifiniz varmı? 
- Tovuzda futbolun inkişafı üçün bir neçə təklif var. "Turan Tovuz"un Premyer Liqaya qayıdışı ilə bağlı ayın 17-də rayon rəhbərliyi ilə görüş keçiriləcək. Bildiyimə görə Premyer Liqada olmaq üçün komandaya illik ən azı 500 min manat pul ayrılmalıdır. Bu maliyyə dəstəyi olandan və yaxud səhmdar cəmiyyət yaranandan sonra inkişaf istiqamətində mühüm addımlar atıla bilər. Əsas məqamlardan biri isə odur ki, sponsorluq edən hər bir qurumun, şəxsin də öz imtiyazları olmalıdır. Çünki vergi imtiyazları təmin olunmalıdır ki, onların da kluba sponsorluq etməyə maraqları olsun. Eyni zamanda səhmdar cəmiyyət yaradılsa, yerinə düşər. Hansısa rayondan, şəhərdən Tovuz futboluna kimisə dəvət ediriksə, birmənalı şəkildə gəlib burada oynamağa marağı olmalıdır. Yəni həm maddi, həm mənəvi cəhətdən tam təmin olunmalıdır. Buna görə də bu gün Tovuzda futbol akademiyasının açılması, eyni zamanda stadionun yeni səviyyəyə çatdırılması təqdirəlayiq haldır. Lakin istər maddi, istər mənəvi, istərsə də digər istiqamətlərdə bu addımlar atılmalıdır. Çünki indiki durumda hansısa bir oyunçunu digər komandadan gətirib burada oynatmaq çətin olar. Onların maraqlarına cavab verən şərait yaradılmalıdır.

- Düzdür, millət vəkili futbol klubuna maddi dəstək ola bilməz, ancaq kluba sponsor cəlb edilməsi, və ya başqa yöndə köməyiniz dəyə bilərmi?
- Məlum məsələdir ki, mən böyük biznes sahibi deyiləm, ancaq təbliğat istiqamətində istənilən addımı atmalıyam. Kiməsə sponsorluq təklif edilirsə, əvəzində o şəxsə də müəyyən imtiyazlar verilməlidir. Mən və Tovuzu təmsil edən digər həmkarlarım bu işdə maraqlıyıq. Çünki bu, bizim adımızdır, bizim rayonumuzdur, idmanın inkişafıdır. Mən də millət vəkili olaraq sözümü deməyə hər zaman hazıram.

Özüm Tovuz rayon Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbini bitirmişəm. Mütəmadi olaraq o məktəbin bədən tərbiyəsi müəllimlərindən də maraqlanıram ki, nələr çatmır. Bu istiqamətdə də çalışıram ki, müəyyən köməkliklər göstərim.

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 Aprel 2024
16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

13:29

AFFA 10 klubdan altısını cərimələdi

13:10

Fonseka "Lill"i hansı Avropa nəhənginə dəyişəcək?

12:51

Madrid nəhəngi 35 yaşlı oyunçusu ilə bağlı qərarını verdi

12:33

"Real"ın müdafiəçisi Almaniya klubuna keçməyə yaxındır

12:14

Ot biçən, xətt çəkən, afişa vuran komanda rəhbəri

11:55

Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

11:36

AFFA “Neftçi”nin şikayətini qəbul etmədi

11:19

“Sabah” Gənclər Liqasının qalibi oldu! 

11:00

Musiala Mbappeyə səsləndi: "Münhen vaxt keçirmək üçün əla yerdir"

10:35

Maliyyə menecerləri üçün seminar keçirildi

10:17

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü - FOTOLAR

09:58

"And içdim ki, bu təyyarə heç yerə uçmayacaq" - Con Terri sabiq baş məşqçisi ilə münaqişədən danışdı

09:34

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

"Yuventus" yeni qapıçı ilə anlaşdı

01:34

"Mançester Siti" səfərdə darmadağına sevindi

01:25

“Roma” yarımçıq qalan matçdan qalib ayrıldı

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

17:53

Azərbaycan yığması Özbəkistana uduzdu

17:23

Əliyar Ağayev Fatih Terimin komandasının oyununu idarə edəcək

17:02

Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: "Üç dəqiqə söhbətləşdik və..."

16:41

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

16:19

Ançelotti Xavinin fikrini dəyişməsinə belə reaksiya verdi

16:00

"Təəssüflər olsun ki, qol vurmadım, amma..." - Ağadadaş Salyanski

15:55

"Güclü olmalıyıq, çünki uduza bilmərik" - "Mançester Siti"nin hücumçusu

15:37

Karrager Salahı hədəfə aldı: "Özünə bənzəmirdi"

Facebookdan bizi izləməyi unutmayın.
X