17:26 27.10.2020 946

Qurban Qurbanov: "Ümid edirəm ki, tezliklə Bakıda yox, Qarabağda oynayarıq"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun İspaniya "Vilyarreal"ı ilə Türkiyənin istanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək oyunu öncəsi Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik.

- Qrupun favoriti ilə oyuna yollanırsınız. Komandada ümumi vəziyyət necədir? Qarşıdakı matçdan nə gözləyirsiniz?

- Oyuna hazırlaşmağa elə çox vaxtımız yoxdur. Sadəcə, futbolçularla birlikdə rəqibin matçlarına baxıb analiz etmişik. Sabah və oyun günü səhər məşqimiz olacaq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Bəzi futbolçularımızın oynayıb-oynamamaq məsələsi sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevin ayağında ağrılar var. Dünən məşqi yarımçıq tərk etdi. Bu gün də məşqə çıxmayıb. Mahir Emreli komanda ilə cəmi 2-3 məşq edib. 100 faiz əsas heyətdə olmayacaq. Son durumuna sabahkı məşqdən sonra aydınlıq gələcək. Rəqibin adı, oynadığı çempionat fərqli olsa da, baş məşqçi amili böyük önəm daşıyır. Hamımız bilirik ki, Unai Emeri fərqli mütəxəssisdir. Tələbkar baş məşqçidir. Komandasının sürətli futbol oynamasını istəyir. Yaxşı rəqibdir. Düzgün oyun qurmağa, mübarizə aparmağa və özümüzü evdəki kimi hiss etməyə çalışacağıq.

- Emeri İngiltərə "Arsenal"ını çalışdırarkən onunla üz-üzə gəlmişdiniz. Bu komandalar arasında oyun üslubu baxımından oxşarlıq varmı?

- "Arsenal"da fərqli futbola üstünlük verirdi. 5 müdafiəçi ilə oynayırdı. İndi isə "Valensiya"dakı vaxtlarını xatırladır. "Vilyarreal"ın heyətində həddindən artıq sürətli futbolçular var. Öz oyununa görə La Liqada liderlər sırasındadır. Deyəsən, son matçdakı heç-heçədən sonra ilk pilləni əldən verdilər. Emeri öz ölkəsində daha inamlı futbola üstünlük verir.

- Düzdür, Türkiyə qardaş ölkədir. Amma "Qarabağ" bu mövsüm qrup mərhələsinin bütün oyunlarını səfərdə keçirəcək. Bu, nəticəyə təsir edəcəkmi?

- Düzdür, belə bir fikir var. Ardıcıl səfərdə oynamaq olar. Amma bu zaman görüşlər arasında 12-14 gün fasilə olur. Bu müddətdə futbolçular daha yaxşı adaptasiya olurlar, öz formalarını tez bərpa edirlər. Amma futbolçularımız indi nə çempionat, nə də avrokubok oyunlarına adaptasiya dönəmini keçə bilir. Az məşq edə bilərsən. Amma iki gün burada iki gün havada, iki gün get-gəl... Tez-tez iqlimi dəyişmək orqanizm üçün problemdir. Hər bir halda öz evimizdə oynayacağıq. Özümüzü evdəki kimi hiss edəcəyik. Türkiyədə oynamaq bizim üçün əlavə motivasiyadır.

- Müharibəyə görə oyunu səfərdə keçirmək komandaya psixoloji baxımdan necə təsir edir?

- Təbii ki, bizim üçün çətindir. Amma bütün oyunları səfərdə keçirməyə razıyam, təki, torpaqlarımız qayıtsın. Ümid edirəm ki, yaxın vaxtla öz evimizdə oynayarıq. Bakıda yox, Qarabağda oyun keçirərik. Bunun üçün hər şeydən keçməyə hazırıq.

- Sabah "Başakşəhər" öz meydanında Çempionlar Liqası oyununa çıxacaq. Məşq proqramınız necə olacaq?

- "Başakşəhər" rəhbərliyi bizi çox isti qarşıladı. Hər iki məşqimiz klubun bazasında olacaq. Əsas stadiona sadəcə, matç üçün gedəcəyik.

- Bədavi Hüseynovla Maksim Medvedvin problemləri var. Rahil Məmmədov müdafiənin mərkəzində oynamağa nə dərəcədə hazırdır?

- Əgər ikisi də oynamasa, başqa variantımız olmayacaq. Rahil "Zirə” ilə görüşdə heç də pis təsir bağışlamadı. Düşünürəm ki, belə görüşlərdə daha ciddi və məsuliyyətli olacaq. Rahil peşəkar insandır, inanıram ki, özünü doğruldacaq. (report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
22:50

Fernando Torreslə yeni müqavilə bağladılar -RƏSMİ

22:34

DÇ: Azərbaycan millisinin finaldakı rəqibi bəlli oldu

21:58

İtaliya millisinin debütantı İngiltərə yolunda

21:36

Azərbaycan millisini finala aparan qələbə - VİDEO

21:04

Minifutbol: Azərbaycan millisi finalda!

20:40

Niderland millisinin üzvü "Liverpul"da - RƏSMİ

20:19

Millətlər Liqası: Azərbaycan millisi Litvaya uduzdu

19:43

Motosiklet İdman Federasiyasının yeni prezidenti müəyyənləşdi

19:16

"Liverpul" 140 milyonluq ulduzun klubuna yeni təklif göndərdi - MƏBLƏĞ

18:49

"İstəmirəm ki..." - Rafinya arzusunu dilə gətirdi

18:15

İnyesta ÇL-in finalından nə gözləyir?

17:55

İPL klubu 21 yaşlı ukraynalı ilə müqavilə yenilədi - RƏSMİ

17:37

"Türam mənim indiki heyətdə ən sevimli oyunçumdur"

17:19

KL-də mövsümün ən yaxşı futbolçusu bilindi

17:01

AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər

16:43

"Real" klublararası dünya çempionatının qalibi olsa, hər futbolçusu bu qədər qazanacaq

16:27

Utziqlə Tiaqo getsələr də... - "Qartallar"ın Avropa macərasına ön söz

16:09

"Sabah"ın U-12 komandası "Rize Cup"da üç oyun keçirib

15:51

Çempion baş məşqçi ilə yeni müqavilə imzalandı

15:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:22

"Milan" Alleqriyə tapşırıldı - RƏSMİ

15:06

Frank De Blekere mövsümü dəyərləndirdi - "Məşqçilərə ucuz vərəqələr verilməsini istəmirəm"

14:49

"Real Madrid" yeni transferini açıqladı

14:33

"Araz-Naxçıvan" 2 yerli oyunçu ilə anlaşdı - RƏSMİ

14:16

Bakıda minifutbol tarixinin rekordu qeydə alındı

13:58

Sabiq klubu Sarrini geri qaytarır - İki illik müqavilə təklif etdi

13:39

Vaqif Cavadov "Kəpəz"ə keçəcək? - Özü açıqladı

13:20

Azərbaycan millisinin Avropa Gümüş Liqasındakı oyun cədvəli bilindi

13:03

Azərbaycan çövkən üzrə ilk Avropa çempionatında iştirak edəcək

12:45

Virts "Mançester Siti"yə keçməkdən niyə imtina edib?

12:27

Azərbaycan Kuboku: Final oyununun təyinatları açıqlandı

12:19

Azərbaycan Kuboku: "Qarabağ" və "Sabah"ın yubiley oyunu

11:59

"Neftçi"nin Müşahidə Şurasından Samir Abasova tam dəstək

11:43

Nunyes La Liqa nəhəngi ilə razılığa gəldi - SON DURUM

11:22

İki sabiq "Liverpul"lu Qvardiolanın köməkçisi olacaq

11:04

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:45

Bundesliqa klubu yeni baş məşqçisinin adını açıqladı

10:20

"Milan" baş məşqçisiz qaldı - Əsas namizəd bəllidir

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Millətlər Liqası: Milliliz Litva ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X