Birinci Liqanın 21-ci turu çərçivəsində "Araz Saatlı" evdə "Ağsu Difai" ilə qarşılaşıb. Görüş qonaq komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ardından "pambıqçılar"ın baş məşqçisi Rüfət Quliyevlə söhbətləşdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu :
"İki qələbədən sonra uşaqlar bu oyunda qalib gəlmək üçün məşqlərdə çox çalışırdılar. Amma alınmadı. Öz səhvlərimizdən buraxdığımız ilk iki qol hər şeyi dəyişdi. Daha sonra yenə səhv edib növbəti iki qolu buraxdıq. Yolumuz hələ davam edir. Yenə də futbolumuzu oynayacağıq. Bu vəziyyətə özümüz düşmüşük, özümüz də çıxmalıyıq. Azarkeşlərə də təşəkkür edirəm. Komandanın birinci və ya axırıncı yerdə getməyindən asılı olmayaraq, azarkeş öz dəstəyini göstərməlidir. Bu oyunda hədsiz dəstək göstərdilər. Onlara minnətdaram. Acınacaqlı məğlubiyyətə görə, üzr istəyirəm".
Nahid Ustaclı