Birinci Liqanın 21-ci turu çərçivəsində "Araz Saatlı" evdə "Ağsu Difai" ilə qarşılaşıb. Görüş meydan sahibi komandanın 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçın ardından komandanın sabiq baş məşqçi olmuş və hazırda klubun idman direktoru olan Şəhriyar Məmmədovla söhbətləşib yenidən kluba geri dönüşü barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Komandadan getməyim öz xahişim əsasında olmuşdu. Mən komandada olmasam belə, hər zaman klubla ürəyim bir döyünürdü. Bütün proseslərlə yaxından maraqlanırdım. Mən gəldikdən sonra iki qalibiyyətimiz oldu. Dostlar zarafatyana ayağımın düşərli olduğunu dedilər.
Bu məğlubiyyətlə bağlı onu deyə bilərəm ki, uğurlar varsa, uğursuz nəticələrdə olur. Öz istəyim ilə ayrılsam da, hər zaman komanda ilə yaşayırdım. Bu klubsuz bir an belə həyatı təsəvvür etmək olmurdu. Bundan sonra da komandamızın uğurları üçün sonadək çalışacağıq" .
Nahid Ustaclı