21:02 13.02.2021 976

"Neftçi"nin baş məşqçisi: "Hakimləri təbrik edirəm"

"Sevinməyə 2 gün vaxtımız var. "Qarabağ"ı təbrik edirəm. Hər kəsə nümunədir. Bu komanda ilə oynamaq motivasiyadır. Çətin oyun oldu. Qarşıya qoyulan vəzifənin öhdəsindən gəldik. Futbolçularıma təşəkkürümü bildirirəm. Hakimləri təbrik edirəm. Məqsədim onları təzyiq altında saxlamaq idi".

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bu qələbə ilə hələ heç nəyin həll olunmadığını bildirib: "Bu gün fərqli gün idi. Udsaq da, hələ heç nə həll olunmayıb. Digər komandalarla matçlarda xal itirə bilərik. Qarşıda hələ 14 oyun var. Sonadək vuruşacağıq. Bu qələbə stimul olacaq".

Abasov "Zirə" ilə kubok matçına da toxunub: "İkinci oyunda komandam yaxşı oynadı. Mərhələni keçsəydim, nədən danışacaqdılar? Komandamın super oynadığını deməklə futbolçularıma motivasiya vermək istəyirdim. Sadəcə, fikrimin başqa istiqamətə yozulması məni məyus etdi. Məqsəd özümüzü kimləsə müqayisə etmək deyildi".

Baş məşqçi növbəti turda "Qəbələ" ilə keçirəcəkləri səfər matçından da söz açıb: "Çətin olacaq, amma əlimizdən gələni edəcəyik. "Qəbələ" yaxşı komandadır. Əsas öz oyunumuza fikir verməliyik. Sabitliyi qorumaq lazımdır".

Təcrübəli mütəxəssis yeni transfer Əhməd Əhmədovdan da danışıb: "Başqa hücumlçuara baxırdıq. Əhməd Əhmədovdan söhbət belə getmirdi. Amma digərləri alınmadı. Sonra bu variant çıxdı. Viza məsələsi həll olunan kimi Bakıya gələcək".
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X