10:23 01.10.2021 1527

"Çempion doğulanlar": "Qarabağ" fatehi Qurbanov

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Futbol elə spesifik idman növüdür ki, onun sirlərini nə qədər erkən yaşdan öyrənməyə başlasan, potensialın o qədər tez üzə çıxa bilər, uğur qazanmaq şansın artır. Amma heç şübhəsiz, hər sahədə olduğu kimi idmanda, xüsusilə də futbolda istedad ən önəmli şərtdir. Çox vaxt anadangəlmə özəlliklər vərdiş və zəhmətin önünə keçə bilir.

Belə istedadlardan biri də Qurban Qurbanovdur. Biz hələ futbolçu Qurbanovdan danışırıq. O Qurbanovdan ki, futbola 15 yaşından sonra gəlib. Halbuki, o yaşda artıq yeniyetmə futbolçular aşağı yaşlılardan ibarət milli komandaların heyətinə cəlb olunur...

"Çempion doğulanlar" rubrikamızda bu dəfə Azərbaycan futbolunda istər oyunçu, istərsə də məşqçi kimi iz qoyan Qurban Qurbanovun həyat yoluna və karyerasına nəzər salacağıq.

Qurban Osman oğlu Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalanın Aşağı Tala kəndində anadan olub, uşaqlığı, gəncliyi orda keçib. Çoxuşaqlı ailədə (2 bacı və 4 qardaş olublar) dünyaya göz açıb və evin sonbeşiyi olub. Valideynlərinin tələbi ilə 8-ci sinifə kimi təhsilə daha çox fikir verib, əla qiymətlə oxuyub. Futbolla isə 9-cu sinifdə oxuyandan məşğul olmağa başlayıb. Futbola meyllənməyində iki insanın - böyük qardaşı, sonradan Azərbaycan çempionatının bombardiri olan Musanın və məşqçisi Şaban Şirdanovun təsirini vurğulayaq.

Qurban Qurbanov futbola gəlişini belə xatırlayır: "Futbola həvəsim hədsiz dərəcədə çox idi. Məni evdə tapmaq müşkül məsələydi. Harada futbol oynayırdılarsa, orada olurdum. Valideynlərim təhsilə fikir verməyimi istəyirdilər. Qardaşım Musa onlarla danışıb razı salır, məni dəstəkləyirdi. Demək olar ki, 15 yaşından sonra futbola başlamışam. Zaqatalada kəndlərarası çempionat keçirilirdi. Məşqçi Şaban Şirdanov həmin çempionatda oyunumu görmüşdü və məni "Daşqın"a dəvət elədi. 16 yaşından "Daşqın"ın əsas heyəti ilə məşq etməyə, 17 yaşından isə Azərbaycan çempionatında oynamağa başladım. Futbola gəlişimdə bu iki insanın böyük əməyi olub. Hər ikisi öz karyeralarından çox mənim karyeramı düşünüblər. Şaban müəllim mənim üçün fərqli bir insandı". 

Yaddaş qeydi: ilk tituluna Tovuzda yiyələnib.

Maraqlıdır ki, futbolçu karyerasına "Daşqın"da başlayan Qurbanov ilk oyununda meydana sol cinah müdafiəçisi kimi çıxıb. Komandada müdafiəçi problemi olduğuna görə Şirdanov məcburiyyət qarşısında ona cinahda yer verib. Amma sonradan hücuma keçib və irəlidə özünü təsdiqləməyə başlayıb... 

1990-1991-ci illərdə "Daşqın" komandasında çıxış edən Qurbanov qolçuluq bacarığını vurduğu 23 qolla nümayiş etdirib. Daha sonra Gürcüstanda - "Mertsxali" komandasında oynayıb. Ancaq 6 ay sonra geri dönməli olub. 1992-1993-cü illərdə yenidən "Daşqın" klubunda çıxış edib. 1992-ci ildə "Daşqın"ın heyətində 13, növbəti mövsümdə 11 dəfə fərqlənib. Bir ara hərbi xidmətlə əlaqədar MOİK-də çıxış edib. 1993-cü ildə isə qardaşı Musa ilə birgə "Turan"a transfer olunub. Hər bir futbolçunun ən böyük arzularından biri çempion olmaqdı. Qurbanov bu arzusuna ilk dəfə 21 yaşı olarkən Tovuzda çatıb. İlk tituluna 29 oyunda vurduğu 9 qolla töhfə verib. 1994/95 mövsümündə isə cəmi 10 oyunda meydana çıxaraq 3 qol vurub. 1994/95 mövsümünü Qurbanov "Turan" komandası ilə birlikdə gümüş medallar qazanaraq tamamlayıb. 1995/96 mövsümündə 1-ci dövrəni "Turan"da keçirdikdən sonra 2-ci dövrədə Mingəçevirin "Kür-Nur" klubunda çıxış edib. "Kür-Nur"da 12 oyun keçirib və 4 qol vurub. 

Qurbanov 1996-cı ildə əksər azərbaycanlı futbolçuların formasını geyinməyə can atdığı "Neftçi" klubuna transfer olunub. 1996/97 mövsümündə "Neftçi"nin heyətində 30 oyuna 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub. Flaqmanda 1996-1998-ci illərdə ümumilikdə 43 oyun keçirib və 43 qol (!) vurub.

26 yaşında yenidən və daha uzun müddətə legioner karyerası başlayıb. Üç il ərzində Rusiyanın "Dinamo" (Stavropol), "Baltika" (Kalininqrad), "Fakel" (Voronej) klublarında top qovduqdan sonra yenidən Azərbaycana qayıdaraq "Neftçi"yə transfer olunub. O, 2001-ci ildə UEFA kubokunda "Hit-Qoriça" ilə görüşlərdə komandaya faydalı ola bilməyib, əksinə, səfər oyununda qırmızı vərəqə alaraq meydandan qovulması ilə yadda qalıb. İlk oyunda 0:0-la kifayətlənən "Neftçi" səfərdə 0:1 uduzaraq mübarizəni dayandırıb. Növbəti mövsümü (2001-2002: 14 oyun, 9 qol) də "Neftçi"də keçirən Qurbanov 2002-ci ildə yenidən Rusiyaya - "Fakel"ə üz tutub, köhnə-yeni klubunda 28 oyunda meydana çıxıb və 7 qol vurub. 2003-cü ildə digər Rusiya klubuna, "Volqar"a keçib. Bu klubda 21 oyun keçirib və qol vurmayıb. Üstəlik, ikinci dövrənin əvvəlində belində ağrılar hiss etməyə başlayan Qurbanov 7 aya yaxın futboldan uzaq düşüb. Nəticədə yenidən "Neftçi"yə qayıdıb. Ümumiyyətlə, flaqmanın onun həyatında xüsusi yeri olub. Müəyyən fasilələrlə klubu tərk etsə də, oranı "yuva" bilib və hər zaman açıq üzlə yenidən paytaxt təmsilçisinə qayıdıb. Baxmayaraq ki, karyerasını "İnter"də başa vurub. "İnter"ə keçəndə belindəki ağrılar artıq xroniki hal almışdı. Nə qədər müalicə olunsa da, nəticəsi olmadı və beləliklə, 33 yaşında karyerasını bitirmək məcburiyyətində qaldı...  

Yaddaş qeydi: Milli komandanın tarixində ən yaxşı bombardirdi 

Qurban Qurbanov millinin heyətində 68 oyunda forma geyinərək 14 dəfə fərqlənib. O, hələ də milli komandanın bombardiridir. Maraqlıdır ki, 2005-ci il sentyabrın 7-də Avstriya ilə matçdan sonra ölkənin əsas komandasında çıxışını başa vuran hücumçunun bu göstəricisini təkrarlayan, rekordunu qıran yoxdur. 17 iyul 1992-ci ildə Azərbaycan milli komandasında ilk oyununu Gürcüstana qarşı keçirən Qurbanov bu gün də daha çox Monteneqro ilə görüşlərdə vurduğu qollarla xatırlanır. 12 fevral 2003-cü ildə Podqoritsada Monteneqro ilə oyunda hesabda 0:2 geridə olarkən iki qol vuraraq hesabı 2-2 edib və komandasına 1 xal qazandırıb. 11 iyun 2003-cü ildə bu komanda ilə ev qarşılaşmasında da fərqlənib. 88-ci dəqiqədə qol vuraraq hesabı 1-1 edib. Bu oyun Azərbaycan millisinin 2-1 hesablı qələbəsilə başa çatıb.

Yaddaş qeydi: keçirdiyi 402 rəsmi görüşdə 181 qol vurub

2006-cı ildə futbolçu karyerasını başa vurduqdan sonra bir müddət "İnter"də idman direktoru vəzifəsini icra edən Qurban Qurbanov elə həmin il məşqçiliyə başladı. Onun ilk klubu məhz "Neftçi" oldu. Bu yerdə Qurbanın flaqman haqda fikirlərini xatırlayaq: "Neftçi" də mənim üçün doğma komandadır. O vaxtlar bu komandada oynamaq hər bir futbolçunun arzusu olub. Şükür Allaha, "Neftçi"də oynamaq mənim də qismətimdə varmış. Futbolçu kimi yetişməyimdə "Turan" kimi "Neftçi"nin böyük rolu olub. Başqa bir komanda, başqa bir yaşayış tərzi, yeni-yeni futbolçular...  "Neftçi" həm də ölkə xaricinə getmək və respublikada daha da tanınmaq üçün bir tramplin rolunu oynadı". 

"Yaxşı futbolçu həm də yaxşı məşqçi olur" tezisinə əks-arqument gətirənlər Qurban Qurbanov amilini nəzərə almalıdır.  

2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi kimi çalışan Qurbanovun çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf etdi. Həmin gün “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni darmadağına məruz qoydu – 6:1. 

Qurban Qurbanov "Neftçi"nin "sükanı arxası"nda olduğu 15 ayda gümüş mükafat və UEFA Kubokuna vəsiqə əldə etdi. Ancaq avrokubokda uğursuz nəticədən sonra istefa verdi. Onun növbəti dayanacağı "Qarabağ" oldu. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. Baş məşqçi kimi əsas uğurları da məhz "köhlən atlar"la bağlıdır. Ağdam klubunun "sükanı arxası"nda keçirdiyi 13 il ərzində yalnız bir mövsüm (2011/2012) mükafatçılar sırasında yer almayıb və avrokuboklara qatılmayıb. "Qarabağ" onun rəhbərliyi altında 7 dəfə çempion olub, 4 dəfə isə ölkə kubokuna yiyələnib. 

"Qarabağ"ı ovaxtkı baş məşqçi Rasim Karanın çempionatın başlamasına 1 həftə qalmış istefa verib "Xəzər Lənkəran"a getməsindən sonra təhvil almışdı. Buna baxmayaraq, rəhbərlik onun qarşısına avrokuboklarda iştirak etmək məqsədi qoymuşdu. Qurban Qurbanov və komandası ilk mövsümdəcə Azərbaycan Kubokunu götürdü və avrokuboklara vəsiqə qazandı. Həmin il komanda UEFA Kubokunda da yüksək səviyyədə çıxış edə bildi. Əvvəl "Rusenborq" kimi güclü bir rəqibi mübarizədən kənarlaşdırdılar. Ardınca Finlandiyanın "Honka" klubuna qalib gəldilər. Komanda yalnız pley-offda "Tvente"yə məğlub oldu. Ümumiyyətlə, Qurban Qurbanov qitə klub turnirlərindəki nəticələri ilə daha çox rəğbət qazanıb. "Qarabağ" son 8 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edir. Komanda bir dəfə Çempionlar Liqası, altı dəfə Avropa Liqasının qrupunda oynayıb və hazırda Konfrans Liqasında yarışır. "Qarabağ"ın bu il nəhayət, qrupdan çıxmaqla daha bir nailiyyətə imza atacağına inam böyükdür...

Qeyd edək ki, Qurban Qurbanovun üç övladı var – qardaşının adını daşıyan Musa, Zəhra və anasının adını daşıyan Güləbatın. Musa hazırda "Qarabağ"ın əsas komandasının üzvüdür. Atası ilə eyni gündə – aprelin 13-də dünyaya gələn oğul-Musanın da atası kimi bacarıqlı futbolçu olacağına inanırıq. Atasından fərqli olaraq, erkən yaşdan futbola başlayıb, "Neftçi"nin yetirməsidir. 

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
09:30

Azərbaycan Kuboku: Finalçılar müəyyənləşir - YENİLƏNİR

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

16:53

Futzal üzrə Azərbaycan Kuboku: Yarımfinal matçlarının təyinatları bilindi

16:37

Xavinin taleyi həll olunur - Laporte, Yuste və Deku bir araya gələcək

16:19

İnzagi Mourinyunu geridə qoydu

16:01

AFFA-dan maaşların azaldılması və liqanın ləğvi xəbərlərinə REAKSİYA

15:42

A Seriyasında maraqlı tendensiya: 6-da 6

15:24

Tuxel İspaniya nəhənginin təklifini geri çevirdi - Bu kluba gedəcək

15:05

"Milan" rəhbərliyi Pioli barədə son qərarını verdi

14:47

Bakıda UEFA-nın məşqçilik kursu başladı

14:30

Legioner rüsumu 50 min manat olsa...

14:11

“Prezident Kuboku”: Azərbaycana 20-dən çox ölkənin idmançısı gəlir

13:56

"İnter"ə çempionluq gətirən qələbə - VİDEO

13:49

AÇ-2024: Baş hakimlərin adları açıqlandı - Siyahıda türk də var

13:38

"Biz skudettonu hələ martda qazanmışdıq" - Simone İnzagi

13:20

Xavi tarixi antirekordu təkrarladı

12:19

Azərbaycan çempionatında ilk finalçı bilindi

12:00

"Zirə" Qəbələdə kimləri oynada bilməyəcək? - ADLAR

11:36

"Qəbələ"ni məğlub edən komanda UEFA Gənclər Liqasının qalibi oldu

11:15

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə

10:54

Tyaqo Silva "Çelsi"dən ayrılmağı qətiləşdirdi - Yeni klubu da məlumdu 

10:35

U-17 Belarusla üz-üzə

10:14

"Bayer"in rəsmisi Virtsin qiyməti haqqında: "Səhv etmişəm" 

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:28

Azərbaycanlıların duelini Diniyev qazandı

09:05

Almaniya nəhənginin yeni transfer hədəfi bilindi

01:30

"Sevilya" turu 3 xalla başa vurdu

00:23

"İnter" çempionluğunu derbidə rəsmiləşdirdi!

00:11

"Fənərbağça" büdrədi

22 Aprel 2024
22:46

AÇ: Azərbaycanın 3 boksçusundan qələbə

20:07

"Azərreyl" dramatik qələbə ilə çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X