17:02 10.02.2022 1260

Uşaq futbolundakı neqativ hallarla bağlı hara şikayət edək? - Araşdırma

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Uşaq futbolunda məşqçi çalışan Emin Mirzəyev (ad-soyad şərtidir-red) valideyni ilə yaxın münasibətdə olduğu Kərimi komandasına götürməyə, bunun üçün akademiyaya təhkim edilən koordinatorun "saqqızını oğurlamağa" çalışır. Artıq hara xərcləyəcəyinin planını qurduğu pulun cazibəsi onu daha ədalətsiz edib: komandaya gətirdiyi uşaq istedadına görə Cəmildən zəif olsa da, planını işə salacaq. Cəmilin atası imkansızdı. Komandanın qələbəsini "yumaq" üçün yığışanda o, digər valideynlərdən fərqli olaraq, əlini cibinə salmır. Yaxud hansısa yarışa gedəndə məşqçi rəhbərlikdən gizlin, əlavə pul yığır ki, Cəmilin atası kampaniyaya qoşulmur. Bir sözlə, Emin Mirzəyev çoxdan beyninə qoyduğu planı işə salacaq. Məşqçinin onun qərarına etiraz edəcək valideynə cavabı da çoxdan hazırdı: "Get, kimə istəyirsən şikayət elə"...

Əslində, bu xəyali hadisədir, amma bütün klublarda yaşanan real mənzərəni özündə əks etdirir. Təbii ki, bu, ilk növbədə korrupsiya halıdır. Belə problemlə üzləşən şəxslərə məsləhət görərdik ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 Qaynar xətt nömrəsinə zəng vursunlar.
Amma bəzən şikayət korrupsiya motivli olmur və sadəcə, klub rəhbərliyinə səsini çatdıra bilməyən valideyn üzləşdiyi məsələni ictimailəşdirmək istəyir. Az olmayıb ki, narazı valideynlər bizim redaksiyaya üz tutsunlar, problemlərini işıqlandırmağımızı, rəhbərlikdən cavab almağımızı istəsinlər. "Bəlkə heç rəhbərliyin olub-bitəndən, bu özbaşınalıqdan xəbəri yoxdu" deyə. Yeri gəlmişkən, bu tip şikayəti, problemi olan şəxslər üçün saytımızın əlaqə vasitələrini təqdim edirik:

Telefon: (+99470) 210-07-73

E-mail: [email protected]

www.facebook.com/fanataz

Etiraf etməliyik ki, bəzən mətbuat belə klub prezidentlərini, səlahiyyətli şəxsləri tapmaqda çətinlik çəkir. Gör sıravi vətəndaş, azyaşlı övladı futbolla məşğul olan valideyn, lap elə hansısa haqlı şikayəti olan məşqçi, klubun sıravi əməkdaşı və sair nə qədər əziyyətə qatlaşmalı olur. Çıxış yolu? 

Dövlət qurumlarında, idarə və təşkilatlarda, hətta bəzi özəl müəssisələrdə Qaynar xətt fəaliyyət göstərir. Şikayətçilər onun vasitəsilə problemini "senzura"dan yan keçməklə birbaşa "yuxarılar"a çatdıra bilir. Düzdü, rəsmi qurumlarda Qaynar xəttin, qısa nömrələrin olması məcburidir. Ancaq qeyd etdiyimiz kimi, özəl müəssisələrdə operativ əlaqə vasitəsinin təşkili ilə bağlı hansısa qadağa, hüquqi maneə yoxdur. Yəni hansı şirkət, o cümlədən, futbol klubu istəsə, özünün Qaynar xəttini yarada bilər. 

Çağrı xidməti abunəçilərin suallarını cavablandıran bütün telefon operatorları şöbəsinə xidmət edən ixtisaslaşmış bir telefon nömrəsidir. Bunu əldə etmək üçün; 
- biznes lisenziyası
- telekommunikasiya xidməti göstərməyə icazə
- zəruri ofis avadanlığı və ləvazimatları 
tələb olunur. 

Təlimata əsasən, Qaynar xətti təşkil etmək üçün çoxxəttli bir telefon nömrəsi alınır. Adi şəhər nömrəsi kimi və ya 8 - 800 ilə başlayan nömrə kimi qeydiyyatdan keçə bilər. Ofisdə işləyərkən istifadə etdiyiniz adi telefonu qaynar xəttə çevirə bilərsiniz, bunun üçün sadəcə zəng yönləndirməsini qurmalısınız. Müstəqil olaraq öz qaynar xəttinizi təşkil etmək istəmirsinizsə, bu problemləri həll edəcək qurumlardan biri ilə əlaqə qura bilərsiniz. Göründüyü kimi, bu elə də çətin proses deyil.

"Qəbələ"nin baş tutmayan planı

Sən demə, bu ideya hələ 12 il əvvəl həyata keçə bilərmiş. O vaxt "Qəbələ" təmsil etdiyi şəhərdə klub üçün Qaynar xətti istifadəyə verməyə çalışıb. “Qəbələ”nin baş meneceri Nail Kərimovu dinləyək: "Bizdə belə ideya 2010-cu ildə olub. Buna bənzər daha bir neçə plan var idi. Amma bazarın tələblərini götür-qoy elədik və sonraya saxladıq. Hətta nömrəni də fikirləşmişdik. Qəbələnin seriya nömrəsi ilə bağlı olacaqdı. 036 və ya 136 idi səhv etmirəmsə. Belədə Qaynar xətt ilk dəfə bizdə olacaqdı. Sonra düzü, bu ideyaya bir daha qayıtmadıq. Hər şey çox rəqəmsallaşdı, ona görə etmədik. 
İndi bizim normal xətlə zeng vuranda birbasa akademiyaya bağlanmaq mümkündür. Birbaşa baş ofisin nömrəsidir.
Amma çağrı xidməti olsa, pis olmaz. Hər halda, ziyanı olmaz".

Bəs Premyer Liqa klublarının əlaqə vasitələri nə qədər işləkdir?

Klubların hamısı saytında bir və ya bir neçə şəhər, eləcə də mobil nömrə yerləşdirib. Şəhər nömrələri ofisin ümumi istifadəsindədir. Təbii ki, iş saatı bitdikdən sonra ora zəng vurmaq faydasızdır. Əlaqə vasitəsi kimi e-mail və ya klubun sosial şəbəkə hesabına da üz tutmaq olar. Amma təbii ki, heç biri operativliyinə görə Qaynar xətti əvəz edə bilməz. Ofis nömrəsindən fərqli olaraq, çağrı xidməti fasiləsiz işləyir. 

Klubların Qaynar xətt ideyasına münasibətini, ümumiyyətlə bu istiqamətdə hansı iş gördüklərini, valideyn-klub münasibətindəki münasibətin nə qədər şəffaf qurulduğunu da öyrənmişik. 
  
Rüstəm Allahverdiyev ("Neftçi"nin mətbuat katibi): "Əvvəla onu deyim ki, saytımızda bir neçə əlaqə nömrəsi göstərilib. Klubun, akademiyanın, media və marketinq departamentinin hər biri üçün ayrıca nömrələr qeyd olunub. Ümumi nömrə də var ki, ofisdə elə Qaynar xətt kimi xidmət göstərir. Ora zəng edən hər kəs özünü təqdim etdikdən sonra əlaqə saxlamaq istədiyi şəxsə yönəldilir.  

Qaynar xətt nömrəsinin yaradılması dövlət təşkilatlarında məcburi olsa da, futbol klubu Məhdud Məsuliyyətli Cəmiyyətdi. Yəni şirkət olaraq hər hansı öhdəliyi yoxdur ki, çağrı xidməti olsun. Elə dövrdür ki, bütün dünyada e-maildən geniş istifadə olunur. Qeyd olunan elektron poçta gələn məktub klubun prezidentinə belə yönləndirilir. Qaynar xətt yaratmaq klub üçün əlavə xərcdir və sərfəli deyil. Texniki, müştəri məmnuniyyətini təmin etmək baxımından uzun prosesdir. 24 saat fəaliyyət göstərməlidir, deməli, əlavə işçi cəlb olunmalıdır. Tətbiq olunan ödəniş və xidmət haqqı da az məbləğ deyil və kluba əlavə yükdür. Hazırki əlaqə vasitələri kifayət etməsə, o zaman Qaynar xəttə keçmək olar. İndi belə zərurət hiss etmirik. Açığı, mən başqa ölkələrdə belə təcrübənin olması barədə də eşitməmişəm". 

Gündüz Abbaszadə ("Qarabağ"ın mətbuat katibi): "Bir futbol klubuna Qaynar xətt o qədər vacib deyil. Biz informasiya agentliyi deyilik ki. İstənilən halda, klubumuz hər kəsə açıqdır. Yəni narazı, şikayəti olan hər bir şəxs bazaya, ofisə gələ və ya saytımızdakı nömrələr, eləcə də sosial şəbəkə üzərindən əlaqə saxlaya bilər. Bu baxımdan problem görmürəm. Bizim ofisin əlaqə nömrələri Qaynar xətt kimidir. Yəni saytda göstərilən nömrəyə zəng vurmaqla hər kəs təklif və şikayətini çatdıra bilər. Belə müraciətlərə tərəfimizdən dərhal reaksiya verilir".  

Elnur Həmidov ("Sabah"ın mətbuat katibi): "Saytımızda əlaqə bölməsindəki telefon klubun ofisinin nömrəsidi. Həmin nömrə ilə əlaqə saxlayan şəxlər müraciət etdikləri məsələ ilə əlaqədar klubun müvafiq əməkdaşına yönləndirilirlər. Bundan əlavə, həm əsas komandanın, həm də akademiyamızın sosial şəbəkə hesablarına gələn mesajlar da mütəmadi olaraq cavablandırılır. 


Hazırkı vəziyyətdə qeyd edilən nömrə və sosial şəbəkə hesablarımız vasitəsilə edilən müraciətlərə tam cavab verilir. Gələcəkdə ehtiyac yaransa, Qaynar xəttlə bağlı məsələyə baxıla bilər".

Elmar Abdullazadə ("Zirə"nin mətbuat katibi): “Fikrimcə, gündəlik həyatımızda sosial şəbəkələr əlaqə saxlamaq üçün ən ideal vasitədir. Günün istənilən saatı bu vasitə ilə klubla əlaqə saxlamaq mümkündür. Məsələn, mətbuat katibi kimi mənimlə əlaqə saxlayanların demək olar ki, böyük əksəriyyəti bunu sosial şəbəkələr üzərindən edir. Bundan başqa, klubun mövcud olan strukturlar üzrə əməkdaşları da var ki, yaranacaq hansısa problem və ya sualla bağlı həmin şəxslər vasitəsilə də əlaqə saxlamaq mümkündür. Həmçinin, klubun e-mail adresi şikayət və təklifləri çatdırmaq olar. Yəni bunların hər biri effektli əlaqə vasitəsidir. O üzdən Qaynar xəttə zəruri ehtiyac yoxdur".

Səbuhi Məmmədov ("Keşlə"nin mətbuat katibi): "Saytdakı nömrə ofisindir. Zənglərə cavab verilir, zərurət yarandıqda, rəhbərlikdə təmsil olunan şəxslərə yönləndirilir. Sosial şəbəkələrdə də ünvanlar göstərilir.
Qaynar xətt yaxşı ideyadır. Amma hələki buna zərurət hiss etmirik. Uşaq məktəbinin ayrıca facebook səhifəsi var, orada ünvanlanan suallara cavab verilir. Səhifədə seleksiyalarla bağlı elanlar verildikdə məşqçilərin telefon nömrələri də paylaşılır. Bundan başqa, akademiya ilə bağlı rəhbərliyə ünvanlanan sual və  təkliflər ciddi şəkildə müzakirə edilir. Akademiya ilə bağlı ehtiyac duyularsa, əlavə əlaqə vasitələri barədə düşünmək olar".

Rəşad Məmmədov ("Sumqayıt"ın mətbuat katibi): "Klubun saytında Əlaqə bölməsində olan şəhər nömrəsi baş ofisin daxili nömrəsidir. Həmin nömrə ilə istənilən adam əlaqə saxlaya, məlumat əldə edə bilər. Saytda göstərilən mobil nömrə isə mənə məxsusdur, yəni klubun mətbuat xidmətinin. Nə sözü, şikayəti, problemi olan varsa, birbaşa mənimlə əlaqə saxlaya bilər. Bundan başqa, klubun ofisinin girəcəyində "təkliflər və şikayətlər qutusu" var. Hər bir futbolçu, valideyn, azarkeş ona yaxınlaşıb məktubunu yaza bilər. Həmin qutu hər həftənin cümə günləri açılır. Akademiyaya aid təklif və şikayətlər koordinatora, digərlərinə isə mən nəzarət edirəm. İndiyə qədər belə olub, hansısa təklif və şikayət cavabsız qalmayıb. Son 3-4 ayda əsas müraciətlər fan-şopumuzun olmaması, komandanın geyimini əldə edə bilməyən şikayətlərlə bağlı idi ki, şükürlər olsun, onu da yoluna qoya bildik. Klubun sosial media ünvanlarında da - həm "Twitter", həm "Instagram", həm də "Facebook"da nömrələrimiz və əlaqə vasitələri qeyd olunub. Bir sözlə, "Sumqayıt" hər bir azarkeşinin və əməkdaşının rahatlıqla əlaqə yarada biləcəyi klubdur". 

Mehriban Mürsəlova ("Səbail"in mətbuat katibi): "Saytda bazanın resepşinin nömrəsi qeyd olunub. Ora zəng vurub probleminizi bildirirsiniz, əlaqə saxlamaq istədiyiniz şəxsin adını deyirsiniz və sizi həmin əməkdaşa yönləndirilirsiniz. Tezliklə sayta klubun menecerinin nömrəsini yerləşdirmək istəyirik. İstənilən məsələyə görə və günün istənilən vaxtı onunla əlaqə saxlamaq mümkün olacaq. Menecerimiz bütün sualları operativ cavablandıracaq. Çünki klubdakı bütün məsələlərdən xəbərdardır, səlahiyyətli şəxsdir. İnanmıram ki, Qaynar nömrə əlverişli olsun. Hazırki dövrdə sosial media o qədər öndədir ki, istənilən şəxs, hər bir uşaq və ya valideyn klubla rahat ünsiyyət yarada bilir. Akademiyanın nömrəsinə zəng vururlar, mesaj yazırlar, bilməyən mənə zəng edir və mən yönləndirirəm. Dəfələrlə qarşılaşdığımız, üzləşdiyimiz haldır və dərhal da reaksiya verilib. O üzdən Qaynar xəttə ehtiyac duymuruq".



Məqsədimiz uşaq futbolunda sıx-sıx rast gəlinən neqativ hallardan birinə operativ həll yolu təklif etmək idi. Təbii ki, saytımız hər zaman olduğu kimi, belə şikayətlərin işıqlandırılmasına hazırdır. Bunun üçün yazının əvvəlində göstərdiyimiz əlaqə vasitələrinə müraciət edilə bilər.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X