14:08 13.01.2022 3201

"Azərbaycana qayıtdığım üçün hələ də peşmanam" - Ruslan Abışov

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

"Zirə"nin futbolçusu Ruslan Abışovun Fanat.Az-a müsahibəsi 

- Çempionatda fasilədən sonrakı mənzərəni necə təsvir edərsən?
- "Zirə"ni qeyd etmək istərdim. Düzdür, müəyyən xal itkilərimiz oldu, amma bu il məqsədimiz Avropaya vəsiqə qazanmaqdır. Çempionatın 3 və 4-cü dövrəsi daha çətin keçəçək. Bundan əvvəlki illərdə necə çətin olubsa, yenə elə olacaq. 

- Ötən mövsüm "Zirə" çempionatda çıxışı ilə xoş təsir bağışlasa da, avrokuboklara qatıla bilmədi. "Bu il biz bunu bacaracağıq" deyə bilmək üçün "Zirə"də nə dəyişib? 
- Düzdür, mən komandaya bu il qoşulmuşam. Ancaq Rəşad Sadıqovla bir yerdə oynamışıq, futbolçu kimi necə istəkliydisə, məşqçi olaraq da elədi. Komanda olaraq bu il avrokuboklara vəsiqə qazanmağı çox istəyirik. Keçən il müəyyən səbəblərə görə "Zirə" bunu əldə edə bilməsə də, bu il çətinliklə də olsa, bunun öhdəsindən gələcəyik. 

- Rəşad Sadıqovla bir yerdə oynadığını qeyd etdin. Komanda yoldaşı Rəşad Sadıqovla baş məşqçi Rəşad Sadıqov arasında hansı fərqləri görürsən? 
- Elə böyük fərq yoxdur. Futbolçu kimi necə istəkli, uduzmağı qəbul etməyən biriydisə, məşqçi kimi də belə xarakterdədir. Komandaya həmişə irəli getmək, inkişaf etmək lazımdır deyə məsləhət verir. Hər zaman böyük hədəflərdən danışır. Əlbəttə ki, belə məşqçinin rəhbərliyi altında oynamaq komandanın üzvlərinə əlavə stimul verir. Futbolçu kimi necə uğurlar üçün çalışırdısa, inanıram ki, məşqçi olaraq da böyük nailiyyətlər əldə edəcək. 

"Mənim bəxtsizliyimdən baş məşqçi Kurban Berdıyev istefaya göndərildi"

- Vaxtilə "Rubin" (Rusiya) kimi klubda legioner həyatı yaşamısan. Hazırda bizim çempionatda bacarığına görə xarici klublarda oynaya biləcək səviyyədə gördüyün futbolçular varmı? Kimi Azərbaycanı xaricdə təmsil etməyə tam hazır hesab edirsən? 
- Çox istərdim ölkə xaricinə çıxsınlar. "Rubin" mənim karyeram üçün böyük təcrübə oldu. Mən də 25 yaşa qədər Azərbaycan çempionatında oynadığım müddətdə elə bilirdim ki, məndə hər şey yaxşıdır, yüksək səviyyədədir.. Ancaq Rusiyada tamam fərqli şeylər gördüm. Ağır məşqlər, futbolçuların məşqə yanaşması, futbolçuya verilən qiyməti gördüm. Ondan sonra artıq futbola, məşqə baxış tərzim dəyişdi. 

- Ölkə xaricinə çıxan futbolçularımız Azərbaycanla getdikləri yerdə məşqə yanaşmanın fərqli olduğunu deyib, ağır məşqlərdən şikayət edirlər. Burdan xaricə hazır getmək üçün gənclər nə etməlidir? 
- Burdan xaricə hazır getmək mümkün deyil. Mən özüm belə yaxşı formada olduğum vaxtda gedəndə gördüm ki, çatışmazlıqlar var. Ancaq zamanla hamısı qaydasına düşür. Maksimum 2 ay ərzində o məşqləri keçdikdən, ağır məşqlərin tempinə uyğunlaşdıqdan sonra onların səviyyəsində oynamağa başlayırsan. Ən əsası Azərbaycanda oynadıqları müddətdə daim öz üzərlərində çalışsınlar və getmək istəsinlər. Klub rəhbərliyi və menecerlərlə mütəmadi ünsiyyətdə olub, şans düşdükdə ondan istifadə etsinlər. 

- Bizim bir çox futbolçularımız legioner həyatı yaşayıb. Amma əksəriyyəti təmtəraqla getsələr belə, bir müddət sonra qayıdıblar. Bu da onları dəstəkləyən azarkeşlərdə məyusluq yaradıb. Bunun səbəbi nədir, orda oyunlarının alınmaması, yoxsa xarakterlərində olan problemlə bağldıır? Səbəbi nədə görürsən, nə çatmır?
- Mən Azərbaycana qayıtdığım üçün hələ də peşmanam. Çox yaxşı şansım vardı. Sadəcə mənim bəxtsizliyimdən baş məşqçi Kurban Berdıyev istefaya göndərildi. Halbuki 11 il bu klubda çalışan məşqçi idi. Gözlənilməz idi belə halın baş verməsi. Mənim geri dönməyim bununla bağlı oldu. Yoxsa Azərbaycana qayıtmaq barədə fikirləşmirdim. O ki, qaldı bizim uşaqlarda karyeralarının uğurlu alınmamasına, bilmirəm nədərdir. Ölkə xaricində bizim futbolçulara münasibət necə olursa, ya bizim futbolçular özlərini necə aparırsa, sonu belə olur. Ailə, dost-tanış üçün darıxmaq amili var mentalitetimizdə. Çünki mən Kamran və digər futbolçularımızla danışanda, deyirdilər ki, Bakı üçün darıxırıq. Ancaq peşəkar futbolçu üçün bu amillər önəmsizdir. Ona görə bu barədə danışmaq biraz çətindir. Hər şey futbolçunun özündən asılıdır. 

"Neftçi"dən "Xəzər Lənkəran"a transferim yalnış addım idi"

- Hər bir futbolçunun gənc yaşlarında hədəfləri, arzuları olur. Bəs Ruslan Abışov hansı hədəflərinə çatdı, hansına çata bilmədi və üzərində xətt çəkdi?
- Futbola başlayanda mənim də hədəflərim vardı. Bildiyiniz kimi, "Neftçi"nin aşağı yaş qruplarında oynayırdım. Həmin vaxtlar əsas komandanın oyunlarını izləyəndə mən də o formanı geyinmək istəyirdim və o anı yaşadım. Ondan sonra milli komandada oynamaq, Avropa klublarına getmək idi hədəfim. Futbolçunun hədəfləri olanda, daha çox inkişaf edir. Şükürlər olsun ki, karyeramda yüksək səviyyəli yerləri görmüşəm. Amma hər zaman bir şeyə təəssüflənirəm ki, kaş indiki ağlım gənc yaşlarımda olardı və daha yaxşı klublarda oynaya bileydim. 

- Az əvvəl peşmanlıqdan danışdın. "Kaş ki, etməsəydim” dediyin başqa peşmanlıqların varmı?
- Karyeramda ən böyük çatlardan biri "Neftçi"dən "Xəzər Lənkəran"a transferim oldu. Yanlış addım idi. Sadəcə olaraq orda bəzi anlaşılmazlıq oldu, ona görə bu addımı atdım. Deyərdim ki, karyeramın ən böyük yanlış addımlarından biri oldu. İkinci səhvim isə, az əvvəl qeyd etdiyim kimi "Rubin"dən Azərbaycana qayıtmağım oldu. 

"Neftçi"dən küsüb getdim"

- "Neftçi"də qalmağın üçün israr etdilər? Getmək sırf sənin qərarın idi? Ümumiyyətlə, nə baş verdi, "Neftçi"dən getmək vaxtı olduğunu düşündün, ya sadəcə "Xəzər Lənkəran"dan daha yaxşı təklif gəldi deyə bu qərarı verdin? Peşman olmağınıza səbəb nə idi?
- Maddiyyatın önəmi yox idi. "Neftçi"dən küsüb getdim. "Neftçi"də çalışan bəzi şəxslər elə düşünürdülər ki, mənə"Xəzər Lənkəran"dan təklif yoxdur, sadəcə yalandan qiymət artırmaq üçün təklif olduğunu deyirəm. 3-4 gün sonra gəlib yeni müqavilə bağlayacam. Bu mənə pis təsir etdi. 6 il idi "Neftçi"də oynayırdım,  kapitan idim, iki dəfə çempionluq yaşamışdım, ən azından komandaya xeyir verirdim. Yaşım da elə yaş deyildi, artıq 24 idi. Bu şeylərə görə küsdüm və gecə ilə dedim biletimi alın, mən gedirəm. 

- Ruslan, "Qarabağ"dan başqa çempionluğa oynayan bir çox klublarımızda - "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "Keşlə"də oynamısan. Karyeranda iki çempionluq var. Səncə, bu azdır, ya qənaətbəxş hesab edirsən?
- Əlbəttə, azdır. Düzdür, gümüş və bürünc medallarım çoxdur, ən azı mövsümü titulla başa vurmuşam. Amma hər zaman istərdim ki, qızıl medallarımın sayı çox olsun. 

- "Xəzər Lənkəran"a getdikdən bir mövsüm sonra "Neftçi" yenə çempion oldu. O zaman "kaş getməzdim" dedin?
- Həə, ürəyimdən keçdi ki, kaş getməzdim. Amma artıq qərarlar verilmişdi. 

- Həmişə 15, ya da 87 nömrəli formalar altında çıxış etmisən. "87" təvəllüdündür. Bəs "15"in özəlliyi nədir? 
- İlk dəfə "Neftçi"nin əsas komandası ilə təlim-məşq toplanışında olanda mənə 15 nömrəli formanı verdilər. Elə o vaxtdan 15 nömrəli forma ilə çıxış etdim. "Rubin"də isə "15" başqa futbolçuda olduğu üçün, təvəllüdüm olan "87"ni seçdim. 

"Karyeramı bitirmək barədə heç nə düşünməmişəm"

- Bəzən futbolçular bu sualı yanlış anlayır. Sual karyeranı nə vaxt bitirəcəyinlə bağlı deyil. Hər bir şəxsin karyerasından sonraki planları olur. Maraqlıdır ki, futbolçu karyeranı başa vurduqdan sonra üçün planların varmı, hansı işlə məşğul olacağınla bağlı düşünmüsən?
- Açığı, karyeramı bitirmək və sonra hansı işlə məşğul olacağım barədə heç nə düşünməmişəm. Bunlar ani verilən qərarlardır. Çünki mən karyeramı başa vurmağa qərar versəm, mövsümün sonuna yaxın bu haqda fikirləşərəm və oturub məsləhətləşərik. Ondan sonra düşünmək olar, məşqçilik kurslarına başlayım, ya hardansa gələn təklifi dəyərləndirib.  

- Dünya mətbuatından izlədiyimiz qədərilə, bir çox futbolçular karyeralarını bitirdikdən sonra bəzisi kitab yazır, bəzisi şərhçi olur və ya fərqli bir iş görəcəyi haqda danışır. Türkiyədə karyerasını bitirən gedib televiziya kanalında ekspert, və ya şərhçi olaraq çalışır. Bəs sənin fərqli nəsə iş görmək fikrin varmı?
- Ona görə dedim ki, bunlar ani qərarlardır. Karyeramı bitirdikdən sonra hansısa kanaldan gəl ekspert ol deyə təklif gələ bilər, yaxud hansısa klub, gəl bizdə idarəetmədə çalış, skaut, idman direktoru ol, ya kurs keç məşqçi işlə deyə təklif göndərə bilər. Hər şeyi zaman göstərəcək. Bu gün qərar vermək çətindir. 

- Hər şey təklifin üzərində qurulub. Təklif gəlsin, dəyərləndirək. Biri də var, özün plan qurursan. Mən bu işi görəcəm deyirsən. Fikrimcə, bizdə o çatmır. 
- Bizim ölkədə daha çox fiziki hazırlıq üzrə məşqçilikdə problem var. Çünki o sahədə yerli mütəxəssis yoxdur. Hərdən qardaşım Sərxanla müzakirə edəndə gələcəkdə gedib bu sahə üzrə oxumaq istədiyimi deyirəm. Fiziki hazırlıq üzrə də təhsilim olsun. Çünki bu, çox önəmlidir. Ən azı Azərbaycan futboluna xeyir vermiş olaram. Azərbaycanda yox, gedib xarici ölkələrdə kurslarda, təlimlərdə iştirak edib öyrənərək biliyimi artırmaq istəyərəm. 

"Deyirdilər ki, klipə çəkilib, futbol yadından çıxıb"

- Çox az futbolçularımız var ki, seriala, reklama çəkilib. İllər öncə klipə çəkilmişdin. Təklif necə gəldi? Futbolçu yoldaşların bunu necə qarşıladı? Əvvəlcədən bilirdilərmi, ya onlara surpriz oldu klipdə rol almağın? Hansı zarafatlar etdilər?
- Açığı, belə ajiotaj yaradacağını gözləmirdim. Hətta hansısa oyunda zəif oynadığım vaxtlarda deyirdilər ki, buna bax, klipə çəkilib, futbol yadından çıxıb. Çox eşidirdim belə sözlər. Onda yaşım az idi deyə müəyyən mənada mənə psixoloji təsir edirdi. Ona görə də meydanda daha çox həyəcanlı, məsuliyyətli olurdum. Ki, birdən nəsə olar, deyərlər ki, futbolun başını buraxıb, daha oynamır. Uşaqlar isə hərdən zarafat edirdilər ki, təklif olsa bizi də dəvət et, biz də çəkilək. Bunlar hamısı hobbi idi. Amma yenə də mənim əsas işim futbol oynamaq idi. 

"Futbolçu yığmaya sadəcə ad üçün gəlir"

- Ruslan, millinin sabiq futbolçusu olaraq necə düşünürsən, yığmanı yerli mütəxəssis çalışdırmalıdır, yoxsa əcnəbi?
- Düzdür, mənim deməyimlə AFFA seçim etməyəcək, ancaq mən yerli məşqçinin tərəfdarıyam. Yerli mütəxəssislərimiz də belə düşünür. Çünki yerli məşqçinin istəyi, milli ruhu futbolçulara da keçir. Futbolçu geyindiyi formanın məsuliyyətini dərk edir, meydanda daha canla-başla oynayır. Amma futbolçu görəndə ki, legioner məşqçi məğlubiyyətdən sonra rahatdır, gedib öz ölkəsinə dincəlir və sonradan gəlib yalandan yola verirsə, artıq oyunçu da yığmaya sadəcə ad üçün gəlir. Oynayım, vaxtımı keçirim və çıxıb gedim. Ona görə mən həmişə millidə yerli məşqçinin çalışmasının tərəfdarı olmuşam. 

- Səncə, hazırki millinin heyəti ilə nəticələri uyğun gəlir? 
- Baxırsan ki, oynayan uşaqlardır, potensialları var. Amma nəticələr uyğun gəlmir. Millətlər Liqasındakı rəqiblərə baxsaq, ən əzı qrupdan çıxa bilərdik. Dünya çempionatının qrup oyunlarını demirəm, amma Millətlər Liqasında nəticə qazanmaq olardı. Amma yenə də son qərar AFFA-nındır. Baş məşqçini məsləhət bilib saxlayıblar. Görək bu il nə göstərəcək. 

- Son seçmə mərhələdə 1 xal toplayan millimizin hansı oyunu səni təəccübləndirdi?
- Biz həmişə millinin ev oyunlarında güclü rəqiblərlə belə oyundan 1 xalla ayrılmağa çalışırdıq. Bizim səviyyəmizdə olan rəqiblərə isə 3 xal gözü ilə baxırdıq. Evdə nə olur-olsun rəqibi udmalıyıq deyirdik. Amma indi sanki hər şey tərsinə olub. Deyirlər oyunu uduzmayaq.

Əli Sahib, Antalya

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Aprel 2024
01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

17 Aprel 2024
23:45

Qurban Qurbanov Moskva "Spartak"ında?

20:18

Mbappe İbrahimoviçə çatdı

19:30

Almaniya nəhəngi Fyürixi, o isə bu klubu istəyir

18:40

Premyer Liqa nəhəngləri Bundesliqa klubunun oyunsuna elçi düşdülər

17:59

"İmişli" Lozannadakı məhkəməyə şikayət edəcəkmi?

17:35

Romario 58 yaşında karyerasını bərpa etdi: "Arzumu yerinə yetirməyi hədəfləmişəm"

17:18

"Real"dan zəng gələndə iki dəfə fikirləşmədim" - Cud Bellingem

16:59

18-ci turun oyununa külli miqdarda pul yatırıldı - Azərbaycanda

16:44

Noyer və Zane "Arsenal"a qarşı oynaya biləcəklərmi? - Açıqlandı

16:21

"Fulhem"in futbolçusu "Beşiktaş"a keçir - SON DURUM

16:03

"Real"ın futbolçusu Messinin komandasına keçə bilər

15:31

"Tuxelin çempion ola bilməməsinin yeganə səbəbi budur" - Oliver Kan

15:12

"Hər şeyi masanın üstünə qoymağa hazırıq" - Tomas Tuxel

14:55

"Hakim penalti təyin etməli idi" - İlkay Gündoğan 

14:37

"Arsenal" forvardını satmağa qərar verdi - Bu qiymətə

13:43

"Çempionluq şanslarımız çox azdır"- "Karvan"ın rəsmisi 

13:20

Kata üzrə Azərbaycan birinciliyi keçiriləcək - İlk dəfə

13:01

"Atletiko"nu mübarizədən kənarlaşdırmağı haqq edirdik" - Edin Terziç

12:44

"13 ildi görmədiyim şeyə şahid oldum" - PSJ-nin prezidenti

12:26

"Real" "Siti" qədər güclü deyil"

12:09

"70 dəqiqə 10 nəfərlə oynamaq çətindir" - Jül Kunde

11:51

"Barselona" ilk dəfə belə vəziyyətlə üzləşdi

11:33

"Atletiko" 19 il idi ki, bu günə düşmürdü

11:18

"60-a yaxın lisenziyalaşdırma meyarını yerinə yetirmişik" - "İmişli"nin icraçı direktoru

10:57

"Barselona"nın ABŞ-yə yolu bağlandı - SƏBƏB

10:38

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:02

Almanlar "Atletiko"nu yarımfinala buraxmadı - VİDEO

09:44

PSJ "Barselona"nı belə şoka saldı - VİDEO

09:23

Vitali Borisov vaxt istəyir: "Bu gün daha yaxşı oynadıq"

09:00

"Bayer" ulduz futbolçusu ilə yollarını ayıracaq - Klub funksioneri açıqladı

01:01

ÇL: PSJ və "Borussiya" yarımfinalda

16 Aprel 2024
22:35

Millimiz gürcülərlə yenə bacarmadı

20:30

Amrabat İtaliyaya qayıdacaq - "Fiorentina"ya yox, bu kluba

19:18

Laporta Xavini saxlaya biləcəyinə inanır

18:40

"Xabi Alonso "Real"ın baş məşqçisi olacaq" - "Bayer"in baş direktoru açıqladı

18:05

"Real"dan qorxmuruq" - Pep Qvardiola

17:56

"Bayern Münhen" forvardını satmağa hazırdır

17:33

"Verder" Keytanı heyətdən kənarlaşdırdı - SƏBƏB

17:14

"İstərdik ki, həmin oyunlar da ətraflı araşdırılsın" - "Araz Saatlı" rəsmisi

Facebookdan bizi izləməyi unutmayın.
X