12:08 02.10.2021 485

\"Keşlə\"nin baş məşqçisi: “Hər şeyi mətbuata demək olmur...”

Mövsümə uğursuz başlayan "Keşlə” hazırda turnir cədvəlinin ən son pilləsində məskunlaşıb.

Hələ ki, qələbə qazana bilməyən, keçirdiyi son 5 oyunda cəmi bir heç-heçəsi olan Sənan Qurbanovun komandasının durumu qənaətbəxş deyil. Elə Qurbanovun da durumunu normal saymaq olmaz. Adətən komandası belə vəziyyətə düşən baş məşqçinin üzərində təzyiqlər də çox olur. Bu mənada növbəti oyuna hazırlaşmaqda ciddi problemlər yaşana bilir.

Bəs 6-cı turda "Sabah”ı qəbul edəcək "Keşlə” oyuna necə hazırlaşır? Ötən tur "Qarabağ”la oyunda da iki sarı vərəqə ilə texniki zonadan uzaqlaşdırılan və bir oyunluq cəzalandırılan baş məşqçinin həm özü, həm də komandası ilə bağlı planları necədir?

Qurbanov Qaynarinfo-ya müsahibəsində həm komandasının, həm də özünün hazırkı durumu ilə bağlı sualları cavablandırıb:

- Sənan bəy, "Sabah”la oyuna hazırlıqlar necə gedir?
- Futbolçulardan Tural Axundov zədəlidir. Qalanları komanda ilə birlikdə məşq edir. Başda mən olmaqla cəzalılarımız var. Abanq, Şəhriyar da cəzalandırılıb. Digərləri növbəti matça hazırlaşır.

- "Qarabağ”la matçda yaşananlardan sonra AFFA tərəfindən bir oyunluq cəzalandırıldınız. Yəqin ki, belə qərar qəbul ediləcəyini bilirdiniz.
- Bilirəm, sadəcə mənə görə həmin anda futbolçumuzun sarı vərəqə ilə cəzalandırılması düzgün deyildi. Düzdür, başa düşürəm, gənc hakimdir. İkinci hissənin başlanğıcı idi, gənc futbolçuya tez sarı vərəqə vermək... Bu qırmızı vərəqəyə qədər gedib çıxmaya bilərdi. Sadəcə, buna reaksiyam sərt oldu. Bəlkə, cərimə zərbəsi verə bilərdi. Zənnimcə, heç orada cərimə də yox idi. Qərara sərt reaksiya verdim, çünki futbolçunun qırmızı vərəqə alacağından qorxurdum. Elə qərar verilər ki, heç nə deyə bilməzsən. Həmin vaxt futbolçu rəqibə deyil, topa müdaxilə etmişdi. Lakin buna görə sarı vərəqə göstərildi, etirazımı bildirdim.

- Ümumiyyətlə, çox emosional davranırdınız. Yəqin ki, bu, qələbə istəyinizdən irəli gəlirdi.
- Elədir, zatən futbol emosional oyundur. Emosiyalarımızı həm gizlətməli, həm də üzə çıxarmalıyıq. Həmin anda məğlub olmaq istəmirdik. Ən əsası odur ki, futbolçular tapşırığı yerinə yetirirdi, düzgün müdafiə olunurduq. İstəmirdim ki, balaca səhv ucbatından xal itirək və ya məğlub olaq. Emosionallığım bununla bağlı idi. Oyun da gərgin keçdi. "Qarabağ” kimi rəqibə bir az boşluq versən, dərhal cəzalandırarlar. Həmişə məğlub olmamaq istəyirik. Bütün oyunlar gərgin keçir. Bu dəfə daha çox gərginlik vardı.

- "Qarabağ”la oyun üçün xüsusi hazırlıq görmüşdünüz?
- Bilirdik ki, rəqib "Qarabağ”dır. Digərlərindən fərqli olaraq, usta futbolçuları çoxdur. Hamısını izləmişdik. Bu komanda ilə oynamaq bir testdir. Çünki Avropa səviyyəli rəqibə qarşı oynayırsan. Vacib oyun idi.

- Belə uğursuz başlanğıc sizin üçün nə dərəcədə gözlənilən idi?
- Yeni komanda quranda inanmağa çalışırsan ki, hər şey yaxşı, öz qaydasında olacaq. Bəzən yeni futbolçular əməlli-başlı zaman alır. Mövsümün əvvəlində başqa bir futbol fikirləşirsən. Oynatdığın futboldan əl çəkmək istəməsən də, bəzən uğursuzluqlar gəlib səni tapır. Yeni komanda quranda bunu da ehtimal etmişdim ki, belə uğursuzluq ola bilər. Ancaq bu dərəcədə gözləmirdim. Sadəcə, bir-birimizi başa düşmək çox zaman aldı. Çempionatımız da asan deyil. Yeni gələnlər də qısa zaman kəsiyində buna alışmalıdırlar. Belə vəziyyətdə çox çətinliklərlə qarşılaşırsan. Məsələn, avrokuboklarda oynadıq. Yeni komanda quranda bəzən yaxşı alına, futbolçular keyfiyyətlərini dərhal ortaya qoya bilər. İstək, aqressiya olmayanda isə başqa problemlər yaranır.

- Hazırda komandada hansı problemlər özünü qabarıq şəkildə göstərir? Artıq 5 tur keçib, düşündüyünüz futbolu kollektivə tam mənimsədə bilmisiniz?
- Hər şeyi mətbuata demək olmur. Beynimdəki futbolu mövsmün əvvəlindən komandaya tətbiq etmək istəyirdim. Elementar nümunə göstərim, öndə pressinq etməyi xoşlayıram. Belədə atletik futbolçulara ehtiyac olur. Hazırda B planı üzərində dayanmışam. Çünki nə fikirləşmişdimsə, alınmadı. B planı taktiki işlərlə bağlıdı. Sxem dəyişikliyi var. Məşqdə bəzi şeyləri dəyişdik. Artıq futbolçulara yanaşma tərzimiz fərqlidir. Üstün cəhətləri nədirsə, onlardan istifadə etməliyəm. İnanıram ki, futbolçular verilən tapşırığı yerinə yetirəcək. İstədiyimiz futbol başqa idi, hazırda bunu görmürük. Hər istədiyin alınmır.

- Futbolçu seçimində yanıldığınızı düşünmürsünüz ki?
- Büdcəmizə uyğun transferlər etmişik. Bizi avrokubok oyunları da bir balaca tələsdirdi. Çox futbolçumuz getdi. Qısa zamanda transfer etməli idik. Futbolçuların istirahət dönəmi idi. Təklif göndərəndə, bir və ya iki aydan sonra gələcəklərini deyirdilər. Çünki daha yaxşı təkliflər gözləyirlər. Tələskənlik yaşadıq, amma deməzdim, tam uğursuz alındı. Hər komadanın heç də bütün transferləri uğurlu olmur. Dörd transfer həyata keçirmişik, haradasa birində səhv edə bilərik. Digərlərinə inancımız sonsuzdur. Bəlkə də böyük əməkhaqqı almırıq. Amma aldığımız məvacibin haqqını vermək üçün dəridən-qabıqdan çıxırıq.

- Ucuz futbolçuları Azərbaycana gətirməkdənsə yerlilərə üstünlük vermək daha yaxşı olmazmı?
- Əslində, çox yaxşı fikirdir. Çempionatın səviyyəsinin qalxması, sürətin daha da yaxşı olması üçün 100 faiz səviyyəli legionerlərə ehtiyacımız var. Əlbəttə, bir futbolçunun yaxşı texnikası, sürəti varsa, çox pul tələb edəcək. Çünki daha yaxşı təkliflər olsa, başqa ölkələrin çempionatını seçəcək. Biz isə onu pulla cəlb etməliyik. 8 komandamız olsa da, bununla bağlı sıxıntılarımız var. Razıyam, legioner gəlib ehtiyatda oturacaqsa və komandaya fayda verməyəcəksə, ona ehtiyac yoxdur. Ondansa gənc futbolçudan istifadə edərəm. Transfer edəndə çalışırıq ki, gənc olsun. Az məvacib alsa da, ümid edirsən ki, gələcəkdə potensialını ortaya qoyacaq. Amma bu, hər zaman özünü doğrultmur. Yaxşı olar ki, çox eksperiment aparmayasan, oynayan futbolçunu transfer edəsən. Hazırda yerlilərə çox şans veririk. Həm Turan, həm Elçin oynayır. 2002-ci il təvəllüdlü Samir Omar Qudiabidən daha yaxşı göründüyü üçün ona şans verirəm. Yerli və ya əcnəbi futbolçu olsun, verilən şansdan yararlanmalıdır. "Legioner oynamasın, mən meydana çıxım” fikrini sözdə deyil, əməldə həyata keçirmək lazımdır. Belə olsa, zamanla öz futbolçularımızın inkişaf etdiyini əsas gətirə və legioneri uzaqlaşdıra bilərik.

- Sadio Tonkuranı məcburiyyətdən qaytardınız?
- Yeni transferlərin uyğunlaşma prosesi əməlli-başlı zaman alır. Ona təklif göndərəndə əvvəl pul məsələsində razılaşmadı. Sonda dediyimiz maaşa razı oldu. 3-4 ay idi komanda tapa bilmirdi. "Keşlə”də oynayıb deyə təklif etmişdik. Çünki bizi tanıyır, onunla işləmişik. Bu dönəmdə bizi tanıyan futbolçuya ehtiyacımız var idi. Ona görə də geri qaytardıq.

- Onun fiziki durumu nə yerdədir?
- Özünə baxan futbolçudur. İstər-istəməz 4 ay futboldan uzaqsansa... Görünən odur ki, əvvəlki Sadio deyil. Getdikcə daha yaxşı olmalıdır. Əvəzedici heyətdə oynatdıq, məşqlərə qoşuldu. "Qarabağ”a qarşı 60 dəqiqə oynadı. Ən azı tapşırıqları bilir. Məşqçi də futbolçunun tapşırıqları yerinə yetirdiyini görəndə rahatlaşır. Belə futbolçuların sayı çox olanda, istədiyin nəticəni də əldə edirsən. Sadio verilən tapşırıqlara çox diqqətlə qulaq asır, yerinə yetirir. Həm də təcrübəsi var. Uzun illər çempionatımızda oynayıb, mentalitetimizi bilir. Futbolu bilən adamla işləmək rahatdır.

- "Keşlə”nin turnir cədvəlindəki vəziyyəti futbolçular üzərində təzyiq yaradıb?
- Sonuncusansa, istər-istəməz neqativlik çox olur. Futbolçulara başa salmaq isəyirik ki, autsayderliyi qəbul etməmək, hər zaman mübarizə aparmaq lazımdır. Onları işə, oyuna kökləməyə çalışırıq ki, keçmişdə olanları unutsunlar. Əlbəttə, birinci və sonuncu yerdə gedən komandaların vəziyyəti eyni ola bilməz. İşimiz futboldur. Toplantılarda videotəkrarlara baxıb durumumuzu analiz edirik. Hansı səhvlər olduğunu normal şəkildə futbolçulara çatdırmağa çalışırıq. Futbol saysız-hesabsız insanların sevdiyi oyundur. Nəinki fubol, insan hər peşəni sevməlidir. İstər yaxşı, istərsə də çətin vaxt olsun. Hər işi sevə-sevə görməyi onlara başa salmağa çalışıram. Çünki zaman itiririk. Bu gün alınmaya bilər, amma sabah olacaq. Onlara keçən ili xatırlatmağa çalışıram. Nə qədər çətinliklərimiz oldu, amma inandıq. Bunun mükafatı olur sonda. Çətinliklərdən ibrət götümək lazımdır. Sən çalış, alınmasa, peşman olmayacaqsan, çünki biləcəksən ki, bacardığını etmisən. Bəli, düşdüyümüz duruma görə təzyiq var. Amma bu bizim üçün maraqlı olmalıdır. Çünki yaxşı vaxtlarda bu günləri xatırlayacaqsan.

- Belə davamiyyət avrokuboklara vəsiqə qazanmağa nə dərəcədə ümid verir?
- Çempionatda hər şey o qədər tez dəyişir ki... Çox pis başlamışıq. Yaxşı kollektiv yaratmağı, bacardığımız qədər irəli getməyi qarşımıza məqsəd qoymuşuq. Hazırda çox geri qalmışıq. 4 məğlubiyyət, bir heç-heçəmiz var. Çempionatın əvvəlidir. Bir neçə dəfə heç-heçə oynasaq, qələbə qazansaq, artıq mübarizəyə qoşulduğumuzu görəcəyik. Hələ ilk dövrənin bitməsinə iki oyun, mövsümün yekunlaşmasına isə 3 dövrə var. Gecikmək olmaz. Yetəri qədər xal itirdik. Tez inkişaf etməliyik. Zaman tez keçir və bundan düzgün istifadə etməliyik. Düzgün addımlar atmalıyıq. Təkcə istəmək azdır.

- Adətən komanda turnir cədvəlinin sonunda olanda, ardıcıl məğlubiyyətlər yaşananda baş məşqçi gündəmə gəlir. Rəhbərliklə görüşmüsünüzmü?
- Məşqçi olanda, uğurlu tərəfi ilə yanaşı, uğursuzluqları da fikirləşirsən. Bu, normal haldır. Məğlub olursansa, sabah söz-söhbət yaranacaq. Açığı, bunu gözləyirdim. Sağ olsun rəhbərlik, dəstək verir, işə yanaşmamı görürlər, qiymətləndirirlər. Zamanla hər şey ola bilər. Baxın görün Avropada necə məşqçilərdə alınmayıb. Bu futboldur. Özümü heç kimlə müqayisə etmirəm, demək olar, məşqçi kimi ilk addımlarımı atıram. Məsələn, Ronald Kuman pis məşqçi deyil. Amma "Barselona”da alınmır. Hər halda görünən belədir. Bu hadisələr olur, yaşayırıq, görürük. Mən hər şeyə hazıram.

- Rəhbərlik mövsümün sonuna qədər sizə dəstək olacağını bildirib?
- Xeyr, heç nə deməyiblər. Sadəcə, bildiriblər ki, işimi davam etdirim. Nə olacaqsa, danışıb müzakirə edəcəyik. Hazırda oyunları, məşqləri, tutulan proqramı müzakirə edirik ki, vəziyyətdən çıxaq. Sabah məşqimiz var. Hər şey ola bilər. Futbolçuların durumu haqda həkimlərlə danışacağıq. Həftəboyu beynində nəsə planlar düşünə bilərsən. Amma bəzən görürsən ki, oyuna az qalmış hansısa futbolçunun ağrısı olur. Nələr baş verəcəyini indidən heç kim deyə bilməz. Müəyyən fikirlərim var, necə olacağını zaman göstərəcək.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 May 2024
21:21

MPL: Tovuzda qalib olmadı, "Qarabağ" "Neftçi"ni darmadağın etdi

21:00

Daha bir komanda Premyer Liqaya yüksəldi - 22 il sonra

19:22

"Stressin səbəbi "Sumqayıt"ın texniki zonasından gələn sözlər, jestlər idi"

18:46

"Müdafiəçilərimiz ən zəif oyunlarından birini keçirdilər" - Samir Abasov

18:40

"Bayern" "Barselona"nın ulduzu ilə güclənir - SON DURUM 

17:56

Voleybol: Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

17:32

Kurtua bu mövsüm ilk dəfə meydana çıxır

17:10

Piolinin yeni klubu bilindi

16:43

Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü

16:22

U-17 "lotoreya"da uduzdu

16:00

"Messi böyük ulduz yox, ulduzcuqdur"

15:20

Lopeteqi Bundesliqa yolunda - Danışıqlar başladı

14:54

De Zerbi karyerasını davam etdirmək istədiyi klubun adını açıqladı

14:28

Postekoğlu "Tottenhem"də köklü dəyişiklik tələb edir

13:55

Ozan Can oynadı, “Eyndhoven”...

13:33

"Sponsor olmadan mübarizə aparmaq çətindir" - "Kəpəz"in İdarə Heyətinin üzvü

13:15

Azərbaycan millisinin üzvü Qazaxıstan klubundan ayrıldı

12:57

Avropa Kuboku: Millimiz bürünc mükafat qazandı

12:30

Şahmatçılarımız 125 min dollarlıq yarışda mübarizəyə başlayır

12:06

AÇ-2024-lə bağlı yeni qərar: UEFA Fransanın etirazına baxmadı

11:40

Qvardiola bütün İngiltərənin "ürəyinə su səpdi" - "Məndə belə hiss var ki..."

11:15

"Real" La Liqa çempionluğunu bayram etməyəcək - SƏBƏB

10:52

La Liqada ayın ən yaxşısı bilindi

10:28

Emin Mahmudov "Qarabağ"la matçda oynamayacaq - RƏSMİ

10:09

Avropa Kubokunun püşkü atıldı - Göygöldə

09:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

09:00

Messidən "İnter Mayami"yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

01:25

İPL: "Everton" səfərdə büdrədi

00:57

Tur "sülh"lə start götürdü

00:33

"Beşiktaş" son dəqiqə qolu ilə 3 xal qazandı

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X