
“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Fanat.Az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 200 sm boya malik 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) “Buduçnost” və “Mornar” kimi tanınmış komandalarının da formasını geyinib.
Monteneqro millisinin sabiq üzvünün son klubu Macarıstan “Alba Fehervar”ı olub.